Icma.az
close
up
RU
İmtahanlarda bu niyə baş verib? ŞOK SƏBƏBLƏR

İmtahanlarda bu niyə baş verib? ŞOK SƏBƏBLƏR

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Buraxılış imtahanında 300 bal toplayan abituriyentlərin sayı kəskin azalıb. Ötən illə müqayisədə bu göstəricinin 23 nəfərdən cəmi 2 nəfərə enməsi imtahanların çətinlik səviyyəsi ilə bağlı sualları aktuallaşdırıb.

Təhsil eksperti Ramin Nurəliyev məsələ ilə bağlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu fərqin əsas səbəbi imtahan suallarının əvvəlki illərlə müqayisədə daha mürəkkəb və vaxt aparan olmasıdır.

Onun sözlərinə görə, həm müəllimlər, həm də repetitorlar sualların strukturunda və məzmununda çətinləşmənin açıq şəkildə hiss olunduğunu deyirlər:

“Bu il təqdim olunan tapşırıqlar abituriyentlərdən daha çox analitik düşüncə, diqqət və vaxt tələb edib. Bu da təbii olaraq yüksək nəticə göstərənlərin sayına birbaşa təsir edib”.

Ekspert əlavə edib ki, nəticələrin hələ tam açıqlanmamasına baxmayaraq, mövcud mənzərə artıq müəyyən nəticələr çıxarmağa imkan verir. Onun fikrincə, əgər bu tendensiya blok imtahanlarında da davam edərsə, ümumi ballarda azalma müşahidə oluna bilər:

“Bu hal keçid ballarına da təsirsiz ötüşməyəcək. Balların aşağı düşməsi isə bəzi ixtisasların cəlbediciliyinə mənfi təsir göstərə bilər. Xüsusilə mühəndislik kimi strateji sahələrdə bu balansın pozulması gələcəkdə kadr çatışmazlığına işarə edir”.

Ramin Nurəliyev hesab edir ki, buraxılış imtahanlarının daha balanslı və əlçatan səviyyədə təşkili vacibdir. Onun sözlərinə görə, əsas rəqabət və seçim yükü daha çox blok imtahanlarının üzərində olmalıdır:

“Çünki blok imtahanlarında artıq abituriyentlər konkret ixtisas qrupları üzrə yarışır və bu mərhələdə fərqləndirmə daha obyektiv şəkildə aparıla bilər”.

Ekspert ümid edir ki, mövcud nəticələr geniş şəkildə təhlil ediləcək və gələcək illərdə daha optimal imtahan modeli formalaşdırılacaq. Bu isə həm abituriyentlərin nəticələrinə, həm də ixtisas seçimində balansın qorunmasına müsbət təsir göstərəcək.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Aprel 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri