Icma.az
close
up
RU
İnanılmaz dələduzluq sxemi: Dəniz piyadasının adından 3,8 milyard dollar necə yığılıb?

İnanılmaz dələduzluq sxemi: Dəniz piyadasının adından 3,8 milyard dollar necə yığılıb?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın Şimali Karolina ştatında yaşayan 37 yaşlı dəniz piyadası Kaqan Danlap özünü 3,8 milyard dollarlıq dələduzluq sxeminin mərkəzində tapıb. Danlap fotolarının yüzlərlə qadını aldatmaq üçün istifadə edildiyini öyrəndikdə həyatının şokunu yaşayıb.

Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, hər şey 2016-cı ildə Danlapa gələn qəribə mesajlarla başlayıb. İnsanlar onu fotolarının müxtəlif tanışlıq saytlarında profil şəkli kimi istifadə edildiyi və bu yolla insanların aldadıldığı barədə xəbərdar ediblər.

Danlap 4 ildir həyat yoldaşı Rayli (36 yaş) ilə evlidir və sosial mediada 2 milyondan çox izləyicisi var. Lakin bu populyarlıq dələduzların işini dayandırmaq əvəzinə onların daha da fəallaşmasına səbəb olub. O qədər ki, dələduzlar Danlapın hərbi forma geyindiyi bir fotosundan istifadə edərək deepfake video hazırlayıb və insanlardan pul istəyiblər.

Danlap bir dələduzun onu təqlid etdiyini ilk dəfə hərbi sahədə çəkilmiş və sosial şəbəkədə paylaşdığı bir fotodan sonra öyrənib. Fotoda əməliyyatda iştirak edənlərin telefon nömrələri yazılmış siyahı da görünürdü.

Aldadılan qadınlardan biri bu nömrələrdən birinə (bir çavuşa məxsus idi) zəng edərək deyib: "Bu kişini tanıyırsınızmı? Bir ildir onunla danışırdım, amma artıq mesajlarıma cavab vermir".

Çavuş bu vəziyyəti Danlapa xəbər verib. Danlap isə belə deyib: "O anda başa düşdüm ki, bu cür dələduzluq baş verir".

Danlap o vaxtdan bəri yüzlərlə qadının onu axtardığını və hər gün onlarca zəng aldığını deyib: "Nə çox qadının aldadıldığını dəqiq demək çətindir, amma ən azı yüzlərlədir. Çox iyrənc bir vəziyyətdir".

Aldadılan qadınlar hətta Danlapın həyat yoldaşını və anasını izləməyə başlayıblar. Bəziləri Rayliyə yazıb: "Ərinizin etdiyi işlərdən xəbəriniz varmı?".

Danlap və Rayli həqiqəti izah etməyə çalışsalar da, bəzi qadınlar onları dinləməyib. Danlap deyir: "Gerçəkdə mənimlə münasibətdə olmadıqlarını qəbul etmək istəmirdilər. Onları sakitləşdirmək və ya fikirlərini dəyişdirmək mümkün deyildi. Şükürlər olsun ki, həyat yoldaşımla aramızda çox güclü bir güvən bağı var və o, baş verənləri tam anlayır".

Danlap bu vəziyyətin qarşısını almaq üçün çalışsa da, çox irəliləyiş əldə edə bilməyib: "Facebook"un dələduzluq bölməsi ilə əlaqələri olan bir qurumla işləyirdim. Lakin o insan şirkətdən ayrıldıqdan sonra onların da çox şey edə bilmədiyini gördüm".

O bildirir ki, bu vəziyyət yalnız ona aid deyil: "Bu problemi yaşayan onlarca tanışım var. İnternetdə hərbi formalı şəkillərini paylaşan bütün dostlarım bir şəkildə bu vəziyyətdən təsirlənir".

Dələduzlar hərbi formaları tez-tez seçirlər, çünki bu, bəhanələr uydurmaq üçün geniş imkan yaradır. Məsələn, "cəbhədə” olduqlarını iddia edərək görüşə bilməyəcəklərini və ya zəif internet bağlantısı səbəbilə görüntülü zəng edə bilməyəcəklərini deyirlər. Hətta uçuş bileti və ya təhlükəsiz telefon xətti üçün pul tələb edirlər.

Danlap deyir: "Həmişə özləri və ya ailələrindən birinin başına böyük bir fəlakət gəldiyini iddia edirlər. Maaşlarını ala bilmədiklərini və ya başqa absurd yalanlar söyləyirlər. İnsanların duyğularını istismar edirlər".

Dələduzlar əsasən daha çox məlumat paylaşmağa meylli olan insanları hədəf alır, xüsusilə tənha və yaşlı şəxsləri.

81 yaşlı Alisia Bultez "Facebook"da hərbi forma geyinmiş bir şəxsin profilinə aşiq olub və ona əvvəlcə 6,500 dollar, daha sonra isə 40,000 dollar göndərib. Xoşbəxtlikdən bank işçiləri vəziyyəti anlayıb və onu vaxtında xəbərdar ediblər.

Qeyd edək ki, 2022-ci ildə 70,000 sevgi dələduzluğu qeydə alınıb. Bu dələduzluqların 18%-ində hərbçilərin fotoları istifadə olunub. Hadisələrin 40%-i sosial mediada başlayıb, sonra isə "WhatsApp" və "Telegram" kimi platformalara keçirilib. Danlap insanları bu barədə məlumatlandırmaq üçün əlindən gələni etdiyini deyir: "Tək bir insan belə fərq yarada bilər".

Paşa Məmmədli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Yanvar 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri