İncəsənət dünyasının ən nüfuzluları Siyahı
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Time” jurnalı ilk dəfə incəsənət dünyasının ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb.
Axşam.az xəbər verir ki, siyahıya rəssamlar, fotoqraflar, heykəltəraşlarla yanaşı, kuratorlar, xeyriyyəçilər və muzey rəhbərləri də daxil edilib.
Siyahı “Liderlər”, “Titanlar”, “İkonlar” və “İnnovatorlar” olmaqla dörd bölməyə ayrılıb.
“Liderlər” bölməsində fotoqraflar Tarin Saymon və Volfqanq Tillmans, rəssamlar Eymi Şerald və Kerri Ceyms Marşall, həmçinin performans sənətçisi Ann İmhof yer alıb.
“Titanlar” sırasında müğənni Alişa Keys və həyat yoldaşı, repçi Svizz Bitts, LVMH şirkətinin baş direktoru Bernar Arno, neokonseptualist rəssam Ceni Holzer, heykəltəraş Simona Li, süni intellektlə işləyən rəssam Refik Anadol və Los-Anceles İncəsənət Muzeyinin direktoru Maykl Qovan yer alıb.
“İkonalar” bölməsinə Benksi, Devid Hemmons, tekstil rəssamı Şeyla Hiks, xeyriyyəçi və MoMA-nın keçmiş sədri Ronald Lauder, keramika ustası Maqdalena Odundo və memar Anabel Selldorf daxil edilib.
“İnnovatorlar” kateqoriyasında isə Loren Holsi, Mauritsio Kattelan, Trevor Paqlen, Elison Luçs, Kristin San Kim, Lorens Abu Hamdan, Devon Rodriges, Tayler Mitçell və Daniell MakKinni qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 20 Sentyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















