Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İncəsənət Muzeyində dəyirmi masa keçirildi FOTOLAR

İncəsənət Muzeyində dəyirmi masa keçirildi FOTOLAR

Manset portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fevralın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Respublikasının mədəni mülkiyyətinin qanunsuz dövriyyəsi” mövzusunda aidiyyəti dövlət qurumları, hüquq mühafizə orqanları, ali təhsil müəssisələri, akademik dairələr və mütəxəssislərin iştirakı ilə dəyirmi masa keçirilib. 
Manset.az xəbər verir ki, iştirakçıları salamlayan mədəniyyət naziri Adil Kərimli açılış nitqində bildirib ki, dəyirmi masanın əsas məqsədi mədəni mülkiyyətin qorunmasına cavabdeh qurumlar arasında koordinasiya üçün formatın müəyyən edilməsidir.
Qeyd olunub ki, Azərbaycanın mədəni mülkiyyətinin qorunmasının təməli Ulu öndər Heydər Əliyevin vaxtında qoyulub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu sahədə dövlət nəzarəti və tənzimləməsini təmin etmək məqsədilə mühüm addımlar atılıb: mədəni irsin əhatə dairəsi, onun mühafizə mexanizmi və inkişafı ilə bağlı institusional baza yaradılıb, dövlətimiz mədəni irsin və mədəni mülkiyyətin qorunması ilə bağlı bütün vacib beynəlxalq konvensiyalara qoşulub, konvensiyaların müddəalarının daxili qanunvericilikdə düzgün əks etdirilməsi məqsədilə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Vurğulanıb ki, ölkəmizdə mədəni irsin qorunması işinin təkmilləşdirilməsi istiqamətində, o cümlədən tarixi abidələrin monitorinqi, inventarlaşdırılması, bərpa və konservasiyası, tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması və digər məsələlərlə bağlı davamlı iş aparılır. 
Nazir çıxışında Birinci Qarabağ müharibəsi vaxtı və işğal illərində mənfur ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda daşınar və daşınmaz mədəni irsimizin məhv edilməsi və qanunsuz çıxarılmasını xüsusi vurğulayıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışdan sonra mədəniyyətimizin dirçəlməsi və qorunması prioritet istiqamətlərdən olub. İşğal dövründə ermənilər tərəfindən Qarabağdan qanunsuz olaraq çıxarılmış mədəni sərvətlərin bir qismi Ümummilli liderin iradəsi ilə geri qaytarılıb: “Buna bariz nümunə olaraq Şuşada Azərbaycanın üç dahi şəxsiyyəti – Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın ermənilər tərəfindən güllələnmiş və sonradan əridilmə məqsədilə qanunsuz olaraq ölkədən çıxarılmış bürünc heykəllərinin üçüncü dövlətin ərazisində müəyyən edilərək Azərbaycana qaytarılmasını göstərə bilərik”.
Adil Kərimli mədəni irs də daxil olmaqla mədəni mülkiyyətin qorunması və qanunsuz dövriyyəsi ilə mübarizədə, habelə mədəni irsin bərpası və digər fəaliyyətin bütün mərhələlərində sahələrarası əməkdaşlığın, qurumlararası əlaqələndirilmiş fəaliyyətin və mədəni irsin qorunmasına vahid yanaşmanın  zəruriliyini xüsusilə vurğulayıb. Bildirilib ki, müvafiq məlumat bazalarının, o cümlədən mədəni mülkiyyətin vahid reyestri, müxtəlif siyahılar, instutisional təcrübə və yaddaşın bütün əlaqədar qurumlar üçün əlçatanlığı, sahə üzrə davamlı informasiya mübadiləsi vacib əhəmiyyət kəsb edir. 
Nazir çıxışının sonunda dəyirmi masanın işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədovanın Azərbaycan Respublikasının bu sahədə qoşulduğu universal konvensiyaların məzmunu və tətbiqinə həsr olunmuş “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi: beynəlxalq hüquqi çərçivə” mövzusunda təqdimatı dinlənilib. 
Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi ilə mübarizədə gömrük orqanlarının rolu”, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Seymur Fətəliyev “Mədəni irsimizin qorunması: 1954 və 1970-ci il konvensiyaları üzrə fəaliyyət”, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs və Muzeylər Baş İdarəsinin müdir müavini Bülent Gönültaş “Türkiyənin mədəni mirasının qorunmasına və mədəni irs qaçaqmalçılığı ilə mübarizəyə dair siyasəti” mövzularında təqdimatlarla çıxış ediblər. 
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov təmsil etdiyi qurum tərəfindən mədəni mülkiyyətin qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb. 
Daha sonra mədəniyyət nazirinin müavini Fərid Cəfərovun moderatorluğu ilə davam edən dəyirmi masada mövzu üzrə müzakirələr aparılıb.
Müzakirələrdə Nazirlər Kabineti, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Vəkillər Kollegiyası və digər aidiyyəti qurumların nümayəndələri, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyindəki bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Çıxışlarda mədəni mülkiyyətin qorunmasında müasir yanaşmalar və çağırışlar, mədəni irsin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində həyata keçirilən  tədbirlər, o cümlədən geniş maarifləndirmə işi və s. məsələlər üzrə fəaliyyətin davam etdirilməsinin zəruriliyi vurğulanıb, səmərəli fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 28 Fevral 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see599

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see504

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see454

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see327

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see313

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see306

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see299

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see285

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see269

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see261

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see248

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see236

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see232

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see209

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see206

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see206

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see203

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see190

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see190

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri