Icma.az
close
up
RU
İncəsənət təhsili alanlarla bağlı mühüm YENİLİK

İncəsənət təhsili alanlarla bağlı mühüm YENİLİK

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəblərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanlarına başlanılıb. İmtahanlar 8 iyun tarixindən Bakı şəhərində, bugündən etibarən isə ölkə üzrə bütün müvafiq təhsil müəssisələrində keçiriləcək. Belə ki, cari tədris ili üzrə imtahanlarda 8000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulur. Ən mühüm yenilik isə bu ildən etibarən imtahan nəticələrinə uyğun olaraq məzunlara "ilk dəfə elektron şəhadətnamələr" verilməsidir. Elə məhz bu fonda yeni mexanizmin incəsənət təhsilinin keyfiyyətinə və qiymətləndirmə sisteminə mümkün təsirləri diqqət çəkir. 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət və Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova qeyd edib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi təhsil sistemində keyfiyyətin yüksəldilməsi istiqamətində mühüm və zəruri addımdır.

"Bu yanaşma ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən məktəblərdə əldə olunan bilik və bacarıqların vahid meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradır. Eyni zamanda, tədris prosesində şəffaflığın, hesabatlılığın və obyektivliyin təmin olunmasına xidmət edir.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda təhsilin keyfiyyətinin qiymətləndirilməsi, bərabər imkanların yaradılması və nəticəyönümlü idarəetmə prinsipləri xüsusi yer tutur. Mərkəzləşdirilmiş imtahan modeli də məhz bu prinsiplərin praktik tətbiqi kimi dəyərləndirilə bilər. İncəsənət təhsilinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla vahid qiymətləndirmə mexanizminin qurulması həm müəllimlərin, həm də şagirdlərin fəaliyyətinə daha məsuliyyətli yanaşmanı təşviq edəcək".

Deputatın sözlərinə görə, vahid imtahan sistemi paytaxt və regionlarda fəaliyyət göstərən incəsənət məktəblərində tədris səviyyəsinin real mənzərəsini ortaya qoymağa imkan verəcək:

"Bu, yalnız nəticələrin müqayisəsi baxımından deyil, həm də mövcud problemlərin müəyyənləşdirilməsi, metodiki dəstəyin gücləndirilməsi və resursların daha səmərəli bölüşdürülməsi baxımından əhəmiyyətlidir. Əldə olunan nəticələr gələcəkdə incəsənət təhsilinin inkişaf strategiyasının formalaşdırılması üçün də mühüm məlumat bazası rolunu oynayacaq".

E.Akimova onu da əlavə edib ki, bu ildən etibarən məzunlara elektron şəhadətnamələrin verilməsi isə dövlət xidmətlərinin rəqəmsallaşdırılması siyasətinin mədəniyyət və təhsil sahəsində uğurlu davamıdır:

"Elektron sənəd dövriyyəsi və rəqəmsal təsdiq mexanizmləri həm vətəndaşlar üçün rahatlıq yaradır, həm də sənədlərin təhlükəsizliyini və etibarlılığını artırır. Bu yenilik saxtalaşdırma risklərini minimuma endirməklə yanaşı, gələcəkdə təhsil məlumatlarının vahid elektron bazada inteqrasiyasına da geniş imkanlar açır.
Mədəniyyət sahəsində insan kapitalının formalaşması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu baxımdan, mərkəzləşdirilmiş imtahanların tətbiqi və elektron şəhadətnamələrin verilməsi bütövlükdə incəsənət təhsilinin müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılması istiqamətində atılmış strateji addım kimi qiymətləndirilməlidir".

Parlamentin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov da bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəblərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi müasir idarəetmə yanaşmasının mühüm göstəricisidir:

"Bu addım ilk növbədə ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən incəsənət məktəblərində təhsil alan şagirdlər üçün bərabər və vahid qiymətləndirmə mühitinin formalaşmasına xidmət edir. İndiyədək ayrı-ayrı məktəblərdə tətbiq olunan fərqli qiymətləndirmə yanaşmaları müəyyən hallarda nəticələrin obyektiv müqayisəsini çətinləşdirirdi. Mərkəzləşdirilmiş imtahanlar isə bütün məzunların eyni meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradır".

Deputat onu da diqqətə çatdırıb ki, bu yeniliyin digər mühüm tərəfi incəsənət təhsilinin keyfiyyət göstəricilərinin daha dəqiq müəyyənləşdirilməsidir:

"İmtahan nəticələri vasitəsilə hansı regionlarda və ya hansı ixtisas istiqamətlərində əlavə metodiki dəstəyə ehtiyac olduğu müəyyən edilə bilər. Bu isə gələcəkdə tədris proqramlarının təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişafının təşviqi və təhsil müəssisələrinin fəaliyyətinin daha effektiv qiymətləndirilməsi üçün əhəmiyyətli məlumat bazası formalaşdıracaq".

Milli Məclisin üzvü həmçinin vurğulayıb ki, vahid qiymətləndirmə mexanizmi həm də şagirdlər arasında sağlam rəqabət mühitinin yaranmasına töhfə verəcək:

"Şagirdlər öz bilik və bacarıqlarını ölkə üzrə yaşıdları ilə müqayisə etmək imkanı əldə edəcək, bu da onların daha yüksək nəticələr əldə etmək üçün motivasiyasını artıracaq. Eyni zamanda, istedadlı gənclərin erkən mərhələdə müəyyənləşdirilməsi və onların gələcək yaradıcılıq fəaliyyətinin dəstəklənməsi baxımından da bu sistem xüsusi əhəmiyyət daşıyır".

Deputat eyni zamanda elektron şəhadətnamələrin tətbiqini təhsil sahəsində rəqəmsal transformasiyanın növbəti mühüm mərhələsi kimi qiymətləndirib:

"Bu yenilik sənədlərin təhlükəsiz saxlanılmasını, operativ əldə olunmasını və saxtalaşdırılma risklərinin minimuma endirilməsini təmin edir. Elektron şəhadətnamələr gələcəkdə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, müxtəlif müsabiqə və layihələrdə iştirak zamanı məzunların sənədlərinin daha rahat təqdim edilməsinə şərait yaradacaq.

Ümumilikdə, mərkəzləşdirilmiş buraxılış imtahanları və elektron şəhadətnamə sistemi incəsənət təhsilində şəffaflığın, hesabatlılığın və keyfiyyət standartlarının yüksəldilməsinə xidmət edən mühüm islahat kimi dəyərləndirilməlidir. Bu təcrübənin gələcəkdə digər təhsil pillələrində və ixtisas istiqamətlərində də tətbiqi ölkədə müasir, rəqəmsal və nəticəyönümlü təhsil idarəçiliyinin inkişafına mühüm töhfə verə bilər", - deyə V.Qafarov qeyd edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyun 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri