Icma.az
close
up
RU
İndi hamı onlardan danışır: Öyüləcək qədər var?

İndi hamı onlardan danışır: Öyüləcək qədər var?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dönəm sosial media marketinqinə (SMM) böyük təlabat var. 

Belə ki, qısa zamanda biznesini böyük kütlələrə çatdırmaq və müştəri toplamaq istəyən şəxslər SMM mütəxəssislərinə müraciət edirlər. Onlar da öz növbələrində etdikləri doğru həmlələrlə bu hədəfin həyata keçməsi üçün çalışırlar. 

Bu sahənin əsl peşəkarı isə həqiqətən qısa zamanda müəyyən olunan hədəflərə nail ola bilirlər. Düzdür, bunun üçün maliyyə də tələb olunur. Lakin hər halda, sözügedən xidmətin biznesin inkişafına birbaşa təsir göstərdiyini gözardı etmək olmaz. 

Həmçinin, müasir dövrdə həkim və psixoloqlar da SMM mütəxəssislərinin dəstəyinə ehtiyac duyurlar. Onlar bu işbirliyi sayəsində pasiyentlərini artırmağı və qısa zamanda tanınmağa çalışırlar. 

“Cümhuriyət”-ın müsahibi "Zahidə Səməd Akademiyası"nın təsisçisi, SMM mütəxəssisi Zahidə Səməddir:

- Zahidə xanım, sosial şəbəkələrdə mütəmadi şəkildə qarşımıza həkim və psixoloq reklamları çıxır. Xüsusilə onların əksəriyyətinin SMM mütəxəssisləri ilə çalışdıqları görünür. Konkret olaraq, bu işbirliyi həkimlərə və psixoloqlara necə təsir edir? 

- SMM mütəxəssisləri ilə əməkdaşlıq həkimlər və psixoloqlar üçün bir çox üstünlük yaradır. İlk növbədə, onların bilik və təcrübələrinin daha geniş auditoriyaya çatmasına kömək edir. Əvvəllər yalnız tövsiyə yolu ilə tanınan mütəxəssislər sosial media vasitəsilə daha böyük kütləyə xitab edə bilirlər. 

Eyni zamanda, düzgün aparılan strategiya onların brend imicini formalaşdırır, izləyicilərlə etibarlı ünsiyyət qurmağa şərait yaradır və potensial pasiyentlərinin sayını artır. Bununla yanaşı, rəqabət mühitində fərqlənmək də vacibdir. Təkcə sosial mediada olmaq kifayət etmir, vacib olan mütəmadi, keyfiyyətli və dəyər verən kontent yaratmaqdır. SMM mütəxəssisləri məhz bu məqamda həkimlərin və psixoloqların işini asanlaşdırır və onları izləyiciləri ilə düzgün formatda əlaqələndirirlər. 

- Burada məqsəd onların tanınmasına, yoxsa sosial şəbəkə səhifələrinin aktivləşərək daha böyük auditoriyaya çatmasına nail olmaqdır? 

- Bu prosesdə hər iki amil önəmlidir. İlk məqsəd, təbii ki, həkim və psixoloqları daha çox tanıtmaqdır. Amma təkcə tanınmaq kifayət deyil. Əsas məsələ sosial media səhifələrinin effektiv idarə olunması və interaktivliyinin təmin edilməsidir. Yəni yalnız vizual cəlbedicilik yox, həm də dəyərli məzmun, mütəmadi paylaşımlar və izləyicilərlə düzgün ünsiyyət qurulmalıdır.

Düzgün SMM strategiyası ilə işləyən mütəxəssislər həm tanınır, həm də onların səhifələri potensial müştərilər üçün informasiya mənbəyi olur. İnsanlar təkcə reklam paylaşımlarına baxıb qərar vermir, eyni zamanda, səhifənin kontentinə, şərhlərə və müştəri münasibətlərinə diqqət yetirirlər. Bu səbəbdən, məqsəd yalnız tanınmaq deyil, həm də davamlı və etibarlı bir platforma yaratmaqdır.

- Bunun üçün ortalama aylıq nə qədər maliyyə vəsaiti tələb olunur? 

- Bu, bir neçə faktordan asılıdır. Birincisi, mütəxəssisin təcrübəsi və xidmətlərinin keyfiyyətidir. İkincisi, görüləcək işlərin həcmidir. Məsələn, kontent yaradılması, reklamların idarə edilməsi, səhifənin aktiv saxlanması və s. Üçüncüsü isə reklam büdcəsi və hədəf auditoriyanın böyüklüyüdür. 

Ortalama olaraq, sadəcə səhifənin idarə olunması üçün SMM mütəxəssisinə aylıq 300-1000 manat arasında bir büdcə ayırmaq tələb oluna bilər. Əlavə olaraq, reklam büdcəsi də nəzərə alınmalıdır. Bu, hədəf auditoriyaya çatmaq üçün minimum 200-500 AZN arasında dəyişə bilər. Daha geniş auditoriyaya çıxış və intensiv reklam kampaniyaları üçün isə bu rəqəm daha yüksək olur.

- Ümumiyyətlə, təcrübənizdən çıxış etsək, SMM mütəxəssisinin işi həkimlərə və psixoloqlara müraciət edən insanların artmasına gətirib çıxarır? 

- Bəli, amma bu, yalnız mütəxəssisin işinin keyfiyyətindən asılı deyil. Əgər səhifədə effektiv strategiya qurulub, düzgün kontent hazırlanıb və insanlara real dəyər təqdim edilirsə, bu, nəticədə müraciət edənlərin sayına da müsbət təsir edir. Öz təcrübəmdən nümunə gətirmək istərdim ki, idarə etdiyim həkim hesabında sadəcə doğru etdiyimiz storitellinq strategiyası ilə onlayn qəbul faizini 2-3 dəfə artırmışıq.

Ancaq unutmamaq lazımdır ki, sosial media insanların etimadını qazanmaq üçün bir vasitədir. Sadəcə gözəl dizayn və reklam kampaniyaları kifayət deyil. Həkim və psixoloqların gerçək mütəxəssis olması, izləyiciləri ilə açıq və şəffaf ünsiyyət qurması vacibdir. Əks halda, sadəcə görüntü yaratmaqla pasiyentlərin sayını artırmaq mümkün olmur.

- Bütün sahələrdə saxta "mütəxəssis"lər də olur. SMM sahəsindən də bir neçə məlumat öyrənən kimi səhifə açıb özünü mütəxəssis adlandıranlar var? Onların fəaliyyəti bazardakı qiymətlərə necə təsir edir? 

- Təəssüf ki, bu problem SMM sahəsində də geniş yayılıb. Bir neçə dərs keçib, sadəcə vizual dizayn etməyi öyrənən şəxslər özlərini tam peşəkar kimi təqdim edir və aşağı qiymətlərlə bazara daxil olurlar. Bu, həm qiymətləri aşağı salır, həm də iş keyfiyyətini aşağı səviyyəyə endirir.

Keyfiyyətsiz iş nəticəsində, əslində isə  nəticə əldə etmədikdə, ümumiyyətlə, SMM-ə inam itir. Bu da həqiqi mütəxəssislərin işinə mənfi təsir göstərir. Ucuz xidmətlərdən istifadə edən müştərilər isə çox vaxt sonradan peşəkar xidmətlərə müraciət etməyə məcbur olurlar, çünki səhifələri effektiv olmur və istədikləri auditoriyaya çata bilmirlər.

- Ümumiyyətlə, bu sahəni tam bilməyən şəxslərin fəaliyyəti SMM mütəxəssislərinin ümumi nüfuzuna, onlara inama necə təsir göstərir? 

- Bu, SMM sahəsinin ən böyük problemlərindən biridir. Peşəkar olmayan şəxslərin yanlış strategiyalar qurması, nəticə verməyən reklamlar və həkimlərin, psixoloqların səhifələrini qeyri-peşəkar idarə etməsi ümumilikdə SMM sahəsinə olan inamı zəiflədir. Nəticədə, müştərilər həqiqi mütəxəssislərə də eyni gözlə baxırlar və “SMM işləmir” düşüncəsi formalaşır.

Buna görə də, SMM mütəxəssisləri arasında fərqləndirici amillər çox vacibdir. Keyfiyyətli iş, real nəticələr, şəffaf ünsiyyət və müştəriyə dəyər vermək. Bu sahədə uğurlu olmaq üçün yalnız texniki biliklər deyil, həm də marketinq strategiyalarını bilmək, psixologiyanı anlamaq və kreativ düşünmək lazımdır. Peşəkarlar bu cür fırıldaqçılarla mübarizə aparmaq üçün daha çox maarifləndirici məzmun yaratmalı və keyfiyyətlərini ön plana çıxarmalıdırlar.

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: psixoloqlar sosial media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see919

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see357

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see266

Azərbaycan və Türkiyənin milli maraqları əleyhinə fəaliyyət göstərənlər FOTO

26 İyul 2026 22:05see255

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see235

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see217

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see209

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see205

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see204

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see202

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see201

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see198

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see197

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see192

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see192

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see190

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see181

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see179

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see175

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri