Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Azərbaycan futbolunun əfsanəsi

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Paşinyan indi Tehranın dili ilə danışır

Paşinyan indi Tehranın dili ilə danışır

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Son günlər Ermənistan hakimiyyəti Azərbaycana sülh prosesini sürətləndirəcək əməkdaşlıq təklifləri təqdim edir.  

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 24-də BRİCS ölkələrinin XVI sammitində çıxışı zamanı nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin Ermənistan ərazisindən, o cümlədən Azərbaycandan keçməsinin təşkilində maraqlı olduğunu deyib. Paşinyan Azərbaycana sərhəd və gömrük nəzarətinin sadələşdirilmiş prosedurlarını, habelə hər iki ölkənin yurisdiksiyası və suverenliyinə tam hörmət nəzərə alınmaqla əlavə təhlükəsizlik tədbirlərinin təmin olunmasını təklif edib. 

Noyabrın 4-də isə həmin təklifi Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan təkrar edib. O, Ermənistanla Gürcüstan arasında idxal-ixrac əməliyyatları zamanı tətbiq edilmiş sadələşdirilmiş prosedurların skan edilmiş formasının Azərbaycanla da istifadəsini mümkün hesab edib. 

Eyni zamanda, Ermənistan Azərbaycana sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən təkliflər paketi göndərib. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovannisyan bildirib. Onun sözlərinə görə, rəsmi İrəvan hazırda bu təkliflərə cavab gözləyir.

“Sənəd üzərində iş yekunlaşmadığından təfərrüatları açıqlaya bilmərik. Amma əsas ideya “Sülh kəsişməsi” layihəsinə uyğun yolların açılmasıdır”.

Paruyr Hovannisyan parlamentdə jurnalistlərlə söhbətində ötən gün xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycan tərəfinə komminikasiyaların açılması, o cümlədən sadələşdirilmiş prosedurlar barədə təkliflərlərindən danışarkən belə deyib.  

O bildirib ki, digər təkliflər irəli sürülüb. "Burada qeyri-adi elementlər yoxdur və söhbət mümkün qədər kommunikasiyaların açılmasından gedir. Əsas odur ki, təhlükəsizlik baxımından və ya başqa formada üçüncü tərəfin nəzarəti istisna olunsun, Ermənistanın suverenliyi və bu marşrutlar üzərində total nəzarət qorunub saxlanılsın”, - deyə nazir müavini bildirib.

Paruyr Hovannisyan “Azərbaycanla danışıqlarda hansı yeniliklər var?” sualına  belə cavab verib: “Son vaxtlar çox intensiv görüşlər olsa da, hələ ki, nəticələr barədə danışa bilmərəm. 

Lakin siz də müşahidə etmisiniz ki, bu dövr görüşlər baxımından görünməmiş dərəcədə aktiv olub”.

Göründüyü kimi, xarici işlər naziri sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycana göndərilən təkliflər paketini əvvəlcə açıqlamaq istəməsə də, sonradan bu mövzuda konfedensiallığa ehtiyac görməyib. Ermənistanın Azərbaycana göndərdiyi sənəddə   kommunikasiyaların açılması ilə bağlı təkliflər öz əksini tapıb.

Lakin söhbət  Zəngəzur dəhlizinin açılmasından getmir. 

Ermənistan Azərbaycanın “Sülh kəsişməsi” layihəsinə dəstək verməsini istəyir. Yəni, rəsmi İrəvan dolayısı ilə Azərbaycanın qarşısında şərtlər irəli sürür. Belə ki, bu “təkliflər paketi” Azərbaycanın Zəngəzur dəhlizindən imtina edərək üstünlüyü “Sülh kəsişməsi”nə verməsini, Azərbaycanla Ermənistan arasında, o cümlədən Naxçıvan MR-na və əks istiqamətdə daşınan yüklərə görə sadələşdirilmiş qaydada gömrük rüsumlarının tutulımasını, Ermənistan ərazisindən keçən nəqliyyat-kommunikasiya marşrutlarının təhlükəsizliyinin rəsmi İrəvan tərəfindən təmin olunmasını nəzərdə tutur. 

Bu isə Ermənistanın 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndində Zəngəzur dəhlizininin açılmasına dair razılaşmadan çıxması, hətta Azərbaycanı da oxşar addım atmağa təhrik etmək cəhdidir. Yəni, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin təhlükəsiliyinin Rusiya FTX-nin sərhəd qoşunları tərəfindən həyata keçirilməsinə dair razılaşmanın pozulmasında maraqlıdır.

Lakin indiyə qədər Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını Ermənistandan tələb etməsi  Nikol Paşinyan hakimiyyətinə öz məqsədinə çatmağa mane olur. Ona görə də Ermənistan Azərbaycanı bu təxribata çəkmək üçün “Sülh kəsişməsi" layihəsinə razı salmaq və  qüvvələr nisbətini öz xeyrinə dəyişmək niyyəti güdür.  

Rəsmi İrəvan “Sülh kəsişməsi”ni Zəngəzur dəhlizinə alternativ kimi irəli sürməklə nəqliyyat-kommunikasiya marşrutlarının açılmasına mane olur. Çünki bunlar tamamilə fərqli layihələrdir.

Zəngəzur dəhlizi Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin edilməsini nəzərdə tutur. 

Bu marşrut Azərbaycana 1920-ci ildə Zəngəzur vilayətinin qanunsuz olaraq Ermənistana verilməsindən sonra ikiyə bölünmüş ərazisinin digər hissəsi ilə əlaqə saxlamaq  üçün lazımdır. 

Zəngəzurdan nəqliyyat yollarının açılması ilə bağlı Ermənistan 10 noyabr Bəyanatında konkret öhdəlik götürüb. Lakin Ermənistan bu öhdəliyi yerinə yetirməkdən yayınır. 

“Sülh kəsişməsi” isə Ermənistanın region dövlətləri ilə, o cümlədən Azərbaycan,  Türkiyə, İran və Gürcüstanla  nəqliyyat-kommunikasiya əlaqələrinin qurulmasını nəzərdə tutur. Lakin Zəngəzurdan keçən dəmir yolu və avtomobil yolları açılmasa, digər istiqamətlərdə bu şəbəkənin reallaşmasından danışmaq mümkün deyil. 

Belə olan halda Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında əlaqəni təmin etmək mümkün olmayacaq. Çünki Arazdəyən-Arpaçay-İrəvan dəmir yolu xətti vasitəsilə Türkiyəyə çıxış əldə etmək üçün Horadiz-Mehri-Arazdəyən dəmir yolu xətti açılmalıdır.

“Sülh kəsişməsi” layihəsi daha çox İranın maraqlarına cavab verir. Paşinyanın BRİCS-in tədbirində  “Bu, İran İslam Respublikası, Ermənistan və Gürcüstan ərazilərindən keçməklə Qara dəniz və Fars körfəzi arasında ən qısa marşrutdur.

Bu, Şimal-Cənub istiqamətidir” deməsi “Sülh kəsişməsi”nin Zəngəzur dəhlizinin qatı əleyhdarı olan İran rejiminin maraqlarına cavab verdiyini göstərir.   Üstəlik, Ermənistan “Sülh kəsişməsi”ni işə salmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmalıdır. Ermənistanın konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana və Türkiyəyə qarşı rəsmən ərazi iddiaları irəli sürülür. 

Azərbaycanın 4 kəndi hələ də Ermənistanın işğalı altındadır. 

Ermənistan Azərbaycana qarşı ərazi iddilarına hüquqi baxımdan xitam verməkdən və sülh müqaviləsindən yayınır. Paşinyan hakimiyyəti isə öz maraqlarına cavab verən nəqliyyat-tranzit layihəsinin razılaşdırılmasını Azərbaycana təklif etməklə onu sülh müqaviləsinin mətninə daxil etməyə çalışır. Ancaq tərəflərin sülhə nail olması üçün əsas şərt Ermənistanda konstitusiya referendumunun keçirilməsidir. 

Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tutan yeganə sənəd 10 noyabr Bəyanatıdır. Həmin razılaşmada isə “Sülh kəsişməsi” ilə bağlı heç nə yoxdur.

Müşfiq Abdulla        
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see495

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see300

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see243

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see240

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see233

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see233

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see224

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see216

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see210

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see196

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see190

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see188

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see185

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see181

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see180

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see174

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see172

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see166

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see160

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri