Icma.az
close
up
RU
İndi kimə ümid bəsləyib, kimə bel bağlayasan, Ayxan Abbasov?

İndi kimə ümid bəsləyib, kimə bel bağlayasan, Ayxan Abbasov?

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ayxan Abbasov, "Şamaxı"nın bu gənc məşqçisi nə deyir? 

Oxuyaq...

“Futbolçuya ölkəsinə görə qiymət vermək düzgün deyil. Ötən yay mən “Turan Tovuz”u çalışdıran zaman Türkiyədə təlim-məşq toplanışında idik. Biz və digər Azərbaycan klubları Tanzaniya təmsilçiləri ilə yoxlama oyunu keçirdik. Biz də daxil olmaqla klublarımız o komandalardan 2-3 oyunçunu bəyənmişdi. İnanın ki, heç onlar bəyənib bura gəlmədilər. Onların çempionluğa oynayan klublarında hansısa oyunçunu bu gün Azərbaycan komandasına gətirmək çətindir".

Ayxan Abbasovun Tanzaniyadan danışması, əlbəttə, səbəbsiz deyil. Dünən "Şamaxı" klubu elan etdi ki, onlar həmin ölkənin nümayəndəsi Alfons Msanga Mabulanı transfer edib. O ölkənin də adının çəkilməsi bəs etdi ki, yerli futbolumuzla maraqlanan təbəqənin az bir hissəsi hiddət və lovğalıqla desin ki, Tanzaniya hara, biz hara...

Əlbəttə, heç kimə sirr deyil ki, bizdə yaxşı futbol var. 

Əlbəttə, bizdə futbol olduğuna görədir ki, AFFA-nın, klublarımızın muzeyi beynəlxalq kuboklarla dolub-daşıb, indi təzələrini qoymağa yer də tapılmır.

Əlbəttə, hər il gürcülərin Kvaratsxeliyası, özbəklərin Xusanovu kimi gənc futbolçular yetişdirib 40-50 milyon avroya satan da bizik. 

Əlbəttə ki, yuxuda.

Amma yuxudan oyanıb real dünyaya baxanda nə görürük? Həmin Tanzaniyanın FİFA-nın reytinqində bizdən düz 11 pillə qabaqda olmasını.

Samatta soyadlı futbolçusunun 2016-cı ildən bəri Avropada “Genk”, “Anterverpen”(Belçika), “Aston Villa” (İngiltərə), “Fənərbaxça”da (Türkiyə) oynayıb, indi də karyerasını PAOK-da (Yunanıstan) davam etdirməsini. 

Başqa bir oyunçusu Novatus Miroşinin Avropada “Beytar” (Tel-Əviv), “Zyulte Vareqem” (Belçika), “Şaxtyor”da (Ukrayna) çıxış edib, hazırda Türkiyə Superliqa təmsilçisi “Göztepe”də oynamasını. 

Bəs bizimkilər hardadı? "Bandırmaspor"da...

Hazırda guya ən yaxşı legioner oyunçularımızdan sayılan Coşqun Diniyev artıq 30 yaşına girib, amma görünür, karyerasında görüb-gördüyü yeganə xarici çempionat elə Türkiyənin birinci liqası olacaq... 

Rahil Məmmədovun da 30 yaşı var. Polşada həm də zədəsi səbəbindən bu mövsüm sabit seriyası olmayıb. Yaş ötür, amma bu vaxtacan o da xaricdə özünə yaxşı karyera qura bilməyib. Gec deyilmi?

Vüsal İsgəndərli pis-yaxşı Albaniyada "Eqnatiya"da əsas heyətdə sabit oynayırdı, yəqin ki, daha çox gəlir əldə etmək üçün o da təzədən Türkiyə 1-ci liqasına üz tutdu. Bu mövsüm vur-tut 8 oyuna çıxıb, cəmi 2-də əsas heyətdə yer alıb. Nə deyəsən? Öz karyerana niyə belə sərt davranasan?

Perpektiv və istedadına inandığımız gənc Musa Qurbanlı İsveçdə, Cəlal Hüseynov isə Bolqarıstan kimi orta səviyyəli çempionatda belə uğur qazana bilməyib geri qayıtdı. İndi kimə ümid bəsləyəsən? Sabahımız üçün hansı gənclərə bel bağlayasan?

Azərbaycan millisində oynayan, əslən azərbaycanlı olan, amma hələ də Azərbaycan dilində iki cümlə öyrənməyən (Şeydayev kimi) Renat Dadaşov 25 yaşa gəlib çıxıb, amma karyerasında 25 metr irəli gedə bilməyib. Bu mövsüm vur-tut 2 qol vurub. Bu göstəriciylə hazırkı mövsüm Türkiyə 1-ci liqasıda qol vuranların siyahısında heç birinci 50-likdə də yoxdur...

Belə də hücumçu olarmı?

Hələlik xarakter göstərən legionerimiz Mahir Emrelidir. O da gərək fürsətləri boşa verməsin, əlinə düşən imkanları xərcləməsin. Yoxsa Almaniya futbolu belə məsələdə sərt və güzəştsizdir. 

Hə, bir də sanki kölgədə qalan, amma ümumən uğurlu oyun keçirən bir gəncimiz də var. 23 yaşlı Zamiq Əliyev... Albaniyada "Egnatia"nın üzvü olan mərkəz müdafiəçisi bu mövsüm əsas heyətin daimi üzvünə çevrilib. 

Kaş ki, karyerasının yaxşı vaxtında pula aldanıb təzədən Azərbaycana qayıtmasın.

Kaş ki, Avropa futbolunda azərbaycanlı futbolçular da kvaratsxeliyalılar, xusanovlar kimi səs salsın.

Amma bunlar, elə bil tosta bənzədi axı.

Qayıdaq yenə bu günə, öz real dünyamıza.

O dünyanın futbol adlı kiçik bir hissəsinin lap dibinə enmişik biz. Millətlər Liqasının D liqasında. 

Kədərli, həm də faciəvi mənzərə bax elə budur, Tanzaniyadan futbolçu gətirmək yox. 

Odur ki, atalarımız necə deyib: "Öz ğözündə tiri görmür, özgə gözündə qıl axtarır".

Aydın Bağırov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://qol.az
archiveBu xəbər 17 Yanvar 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri