Icma.az
close
up
RU
Ayxan Abbasov: “İndi nəticə qazanmaq istəyirik”

Ayxan Abbasov: “İndi nəticə qazanmaq istəyirik”

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan millisinin futbolçuları növbəti matçlarda əllərindən gələni edəcəklər.

İdman.Biz bildirir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.

44 yaşlı mütəxəssis “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

“Futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. Onların yaxşı formada olması bizi sevindirir. Rəqiblərimiz bəllidir. Bizim üçün yad komandalar olsalar da, onlar haqqında oyunçulara məlumat vermişik. Futbolçular meydanda əllərindən gələni edəcəklər”, - o, deyib.

A. Abbasov DÇ-2026-nın seçmə mərhələsində güclü rəqiblərlə üz-üzə gəldiklərini xatırladıb:

“İndi nəticə qazanmaq istəyirik. UEFA Millətlər Liqasının matçlarından əvvəl bu turnir çox önəmlidir. Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik”.

Baş məşqçi “Kəpəz”in qapıçısı Yusif İmanovun növbəti təlim-məşq toplanışına dəvət ala biləcəyini deyib:

“Hər kəsin fikrinə hörmət edirik. Mən də sual verə bilərəm ki, indi niyə dəvət almalıdır? Hər oyunçu bizim üçün önəmlidir. Yusif İmanovun legioner karyerası uğurlu alınmadı. Son qarşılaşmalarda yaxşı performans göstərir. Çempionatdakı bəzi komandalar legioner qolkiperlərə üstünlük verir. Heyətə cəlb olunan Şahruddin Məhəmmədəliyev məşqlərdə əzmkarlıq göstərir. Biz addım atanda növbəti toplanışları da fikirləşirik. Bütün futbolçulara qapımız açıqdır. Yusif İmanov növbəti təlim-məşq toplanışına dəvət ala bilər”.

Mütəxəssis “FIFA Series – 2026” turnirində yaxşı oyun sərgiləmək istədiklərini vurğulayıb.

Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Mart 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri