Icma.az
close
up
RU
İndi konkret qərar və cəsarətli addım zamanıdır” ŞƏRH OLUNDU

İndi konkret qərar və cəsarətli addım zamanıdır” ŞƏRH OLUNDU

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

“Ermənistanın sülhə münasibəti hələ də ziddiyyətlidir və bu ziddiyyətlər Paşinyan hakimiyyətinin daxili və xarici balans axtarışından qaynaqlanır. Rəsmi İrəvan bəzən sülh tərəfdarı kimi görünür, amma ardınca elə addımlar atır ki, bu təsəvvürü dağıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Deputat bildirib ki, Paşinyan hökuməti sülh prosesini həm daxili sabitlik, həm də beynəlxalq imic üçün alətə çevirib: “Onlar Brüssel və Vaşinqtonla münasibətlərini gücləndirmək istəyir, lakin Moskvanın təsirini də tam itirməkdən çəkinirlər. Bu, Ermənistan diplomatiyasını ikibaşlı vəziyyətə salıb — nə Qərbə tam yaxınlaşa, nə də Rusiyadan uzaqlaşa bilir. Sülh müqaviləsi imzalanarsa, Ermənistan üçün yeni regional reallıq başlayacaq, amma Paşinyan bunu cəmiyyətinə izah edə bilmir. Daxildə köhnə siyasi qüvvələr, xüsusilə revanşist dairələr, bu sənədi “təslim aktı” kimi təqdim edir. Ona görə də hökumət hər dəfə sülh danışıqlarında “hazırıq” desə də, praktik addımlar atmaqdan yayınır. Əslində, Ermənistanın sülhü uzatması, onun iqtisadi və təhlükəsizlik maraqlarına da zərbə vurur. Sülh sənədinin imzalanması regionda yeni nəqliyyat və iqtisadi imkanlar açacaq, bu da Ermənistan üçün ciddi qazancdır. Azərbaycan prosesi emosiyasız, mərhələli və beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə aparır. Bakı üçün əsas məqsəd dayanıqlı sabitlik və qarşılıqlı tanınmadır. Ermənistan isə bu reallığı qəbul edib əməkdaşlıq modelinə keçərsə, həm regional təcriddən çıxar, həm də Qərb və Şərq arasında körpü rolunu gücləndirər. Bu gün İrəvan üçün sülhdən qaçmaq siyasi yox, strateji yanlışlıqdır. Hər ötən ay Ermənistan üçün itirilmiş fürsət deməkdir. Əgər Paşinyan real sülh istəyirsə, bunu bəyanatlarla yox, imzalarla sübut etməlidir. Region artıq yorulub — indi konkret qərar və cəsarətli addım zamanıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri