Icma.az
close
up
RU
Ay nənə, indi burger, fəstfud zamanıdır

Ay nənə, indi burger, fəstfud zamanıdır

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Bu gün Dünya Fastfood Günüdür. Bu günün mövzusu mənə bir hadisəni xatırlatdı. Dedim yazım, siz də oxuyun...

Fatma xala hər dəfə Bakıya oğlugilə gələndə əlinə keçəndən-otdan-alafdan, göy-göyərtidən günlərlə yığıb tədarük edir ki, bəs şəhər yeridir, belə təbii nemətləri haradan alırlar, haradan tapırlar, aparım, orada uşaqlara qutabdan, kətədən bişirim, yesinlər. Arvad gəlib çıxır şəhərə. Oğlunun işi olduğu üçün heç anasını qarşılaya da bilmir. Ana da ağır çantaları ilə bu avtobusdan düşüb o birinə minə-minə birtəhər ki, gəlib çıxır evə.

Qapının zəngini sıxır, bir xeyli sonra qapını açır, arvada çantalarını içəriyə daşımağa da kömək etmir. Fatma xala özü iki ayaq qayıdıb kənddən gətirdiyi nemətlər dolu çantalarını içəriyə daşıyır.

Gəlini:

-Ay Fatma xala, bu çantalara nə yığmısan belə?

Fatma xala:

-Kənd nemətləridir, bala, nə olacaq?

Gəlini:

-Niyə burada bunlardan yoxdur ki, oradan bura özünü yükləmisən?

“Yükləmisən, sözə bax”,-deyə Fatma xala qapının ağzındaca gəlinindən ürəyinə iynə kimi batan ilk atmacanı alır. Lakin nə desin, qanan bineyi-qədimdən qanmazın qulu olmayıbmı?

Fatma xala keçir içəriyə, oturub bir stəkan çay içmədən, bir az dincəlmədən mətbəxə gedir ki, bəs çantalarını boşaltsın, soyuducuya yerləşdirsin, xarab olmasınlar. Fatma xalanın öz kəndlisi olan gəlini heç bir dəfə demir ki, ay xala, qoy mən yerləşdirim, sən istirahət et. Kənarda dayanıb arvadı süzür. Deyir ki, bəs mənim allergiyam var, bu ot-alafa əl vura bilmirəm. Ardınca da deyir ki, nəyə lazım idi axı bu qədər şey. Kimdir ki, yeyən? Uşaqlar bunların heç birini tanımır. Mən də ki, çoxdan unutmuşam. Yesə, bəlkə oğlun yeyə, ona da bu qədər yenə çoxdur.

Fatma xala nə etsin, qəti dillənmir. Lakin ürəyindən dərin bir sızıltı keçir. Bu ot-alafin hər biri üçün bir dəfə yerə əyildiyini xatırlayır, torpağın yaraladığı barmaqlarının başına nəzər salıb dərin bir ah çəkir. Çantaların hər birini açıb soyuducuya yığdıqdan sonra, “qızım, mənə bir çay ver”,- deyir.

Gəlini çayı gətirib masanın üstünə qoyub gözdən itir. Fatma xala da çayını içib, divanda bir az uzanıb istirahət edir. Birazdan sonra qalxıb yenidən mətbəxə keçir ki, xəmir yoğursun, kətədən, qutabdan bişirsin ki, oğlu, nəvələri gələnə hazır olsun.

Fatma xala xəmiri yoğurur, acımağa qoyandan sonra gətirdikləri göy-göyərtidən yuyub doğramağa, qutabın içini hazırlamağa başlayır. Elə bu ərəfədə dalbadal qapının zəngi çalınır. Nəvələri bir-birinin ardınca gəlir. Nənə ilə görüşəndən sonra ona müəmmalı baxışlarla baxır və “ay nənə, nə bişirirsən belə?”- deyirlər. Nənə də cavab verir. Lakin uşaqlar təəccüblə nənəni süzürlər.

Nə isə.. Fatma xalanın gəlini başda olmaqla nəvələri də otaqlara çəkilirlər. Qadın mətbəxdə tək qalır. Başını aşağı salıb xəmir yayır, içlik qoyur, bükür, bişirir. Ətrafa gözəl rayihə yayılır. İşini bitirəndən sonra ortalığı səliqəyə salan Fatma xala sonda çaydanı doldurub ocağın üstünə qoyur ki, çay da hazır olsun.

O, mətbəxdən çıxanda artıq bayırda göz-gözü görmürdü. Birazdan qapı açılır, oğlu gəlir. İçəriyə girən kimi “evdən nə gözəl ətir gəlir. O dəqiqə bilinir ki, anam buradadır”,- deyir. Anası ilə görüşəndən, nə var, nə yox edəndən sonra Fatma xala dəmlədiyi çaydan və boşqaba yığdığı kətə, qutabdan masanın üzərinə düzür. Oğlu bəh-bəhlə yeməyə başlayır. Bu arada gəlini, nəvələri də gəlirlər. Fatma xala həvəslə: -Gəlin, nənə qurban, gəlin isti-isti yeyin bunlardan.

Nəvələri isə yenə də ona qəribə bir nəzər salır və deyirlər:-Yox ay nənə, bunlar nədir ki, belə? Biz bunu necə yeyə bilərik?

Söhbətin bu yerində gəlin nə desə yaxşıdır:

-Ay uşaqlar, bunlar da kənd burgerləri, fəsfudlarıdır da.

Uşaqlar:

-Ay ana, sən nə danışırsan? Bunların burgerlə, fəstfudla heç əlaqəsi yoxdur.

Ana:

-Təxmini oxşadıram da.

Uşaqlar:

-Biz burger-fəstfudu heç nə ilə dəyişə bilmərik. Onun yerini belə ot-alafdan olan yeməklər tuta bilməz.

Söhbətə ata qarışır:

-Ay yazıq uşaqlar, ağzınızın dadını bilmirsiniz. Bunlarda olan vitamin, ətir, dad sizin yediyiniz o mənşəyi məlum olmayan burgerlərdə ola bilməz. Hər gün ya bayırda yeyirsiniz, ya da evə sifariş edirsiniz. Burger-fəstfud yeməkdən axırda birtəhər olacaqsınız.

Gəlin:

-Niyə elə deyirsən, burgerin bu kənd yeməyindən nəyi pisdir ki? Səhərdən anan yerə oturmayıb. Amma bir zəngdir, edirsən, 10 dəqiqəyə qapıda olur. Dadına da doymursan.

Bu sözlərdən sonra Fatma xala ilə oğlu bir-birinə baxır və başlarını bulayırlar.

***

Daha nə deyə bilərdilər ki... Burgeri kəndin təbii göy-göyərtisi ilə bişən kətə-qutabdan üstün tutan, bunun mahiyyətini anlamayan, kənddən gəlib şəhərdə dəyişən anaya və onun tərbiyə verdiyi uşaqlarına başqa nə demək olardı ki...

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Noyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri