Icma.az
close
up
RU
Cəsarətli mövqe, tarixi təşəbbüs, gələcəyə hesablanmış qərar ŞƏRH

Cəsarətli mövqe, tarixi təşəbbüs, gələcəyə hesablanmış qərar ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

1978-ci il aprelin 27-si... Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan, dilimizin taleyində dönüş nöqtəsi olan bu tarix, təkcə bir konstitusiyanın qəbul günü deyil – milli ruhun, dilə və kimliyə sahib çıxma iradəsinin rəsmi şəkildə təsdiq olunduğu gündür. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və prinsipial mövqeyi nəticəsində Azərbaycan dili ilk dəfə olaraq Konstitusiyada dövlət dili kimi təsbit olundu. Bu, zahirdə sadə görünən, amma əslində böyük siyasi və tarixi cəsarət tələb edən addım idi.

Sovetlər dönəmində rus dilinin dominantlığı fonunda milli dillərin sıxışdırıldığı, hətta bəzi respublikalarda tamamilə arxa plana keçdiyi bir zamanda Azərbaycan dilinə dövlət dili statusu vermək, cəsarətli və riskli qərar idi. Bu təşəbbüs yalnız dil məsələsi deyildi – bu, milli kimliyin qorunması, xalqın tarixi yaddaşının yaşadılması, özünüdərk hissinin gücləndirilməsi uğrunda atılmış mühüm bir addım idi.

Heydər Əliyev bu qərarı ilə milli ruhun susdurulmasına yönəlmiş səylərə qarşı ciddi müqavimət göstərdi. O, siyasi təzyiqlərə baxmayaraq, Azərbaycan xalqının dili, mədəniyyəti və varlığı üçün tarixi əhəmiyyət daşıyan bu qərarı qəbul etdirdi. Bu, liderlik cəsarətinin və xalqa sadiqliyin ən parlaq nümunələrindən biri kimi tarixə yazıldı.

Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması təkcə hüquqi akt deyildi. Bu, milli özünüdərkin təşəkkül tapmasına, azərbaycançılıq ideologiyasının formalaşmasına və cəmiyyətin bütün təbəqələrində ana dilinə bağlılığın artmasına səbəb oldu. Bu təşəbbüs nəticəsində Azərbaycan dili təkcə ailə və məişət mühitində deyil, idarəetmə, təhsil və mədəniyyət sahələrində də rəsmi və nüfuzlu mövqe qazandı.

1978-ci il Konstitusiyasında bu statusun qeyd olunması, gələcək nəsillərə dilin qorunması üçün güclü hüquqi baza yaratdı. Əgər bu təşəbbüs olmasaydı, bəlkə də bu gün biz dilimizin müstəqillik illərindəki dirçəlişini bu qədər asanlıqla təmin edə bilməzdik.

Heydər Əliyevin təşəbbüsü ilə verilən qərar təkcə həmin dövr üçün deyil, gələcək müstəqil Azərbaycan dövləti üçün atılmış strateji addım idi. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının yeni Konstitusiyasında da Azərbaycan dili dövlət dili kimi təsbit olundu və bu, 1978-ci ilin davamı, məntiqi nəticəsi idi.

Ulu Öndər hər zaman vurğulayırdı ki, "millətin milliliyini saxlayan onun dilidir." Onun bu sözləri sadəcə şüar deyil, əməldə sübuta yetirilmiş dövlət siyasətinin əsas sütunlarından biri oldu. Bu gün Azərbaycanda ana dilimizdə təhsil verilir, televiziya və radio yayımlanır, dövlət idarəetməsi aparılır. Bütün bunların təməli 1978-ci ildə qoyulmuşdu.

Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, Heydər Əliyevin milli dəyərlərə sadiqliyinin, liderlik iradəsinin və tarixi məsuliyyət hissinin təzahürüdür. Bu qərar xalqın dilinə, mədəniyyətinə və gələcəyinə sahib çıxmaq demək idi. O gün verilən qərar bu gün də öz bəhrəsini verir: Azərbaycan dili bu gün dünya azərbaycanlılarının ortaq kimlik simvoludur.

Heydər Əliyevin "Dil hər bir xalqın milli-mənəvi sərvətidir" fikri bu gün də aktuallığını qoruyur. Ulu Öndərin təşəbbüsü ilə dilimizə verilən hüquqi və mənəvi status, bu gün də hər bir azərbaycanlının qürur mənbəyidir.

Əli Hüseynov

YAP Yasamal rayon təşkilatının fəalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri