Icma.az
close
up
RU
İndi media savadlılığından bəhs etmək çox önəmlidir Qulu Məhərrəmli

İndi media savadlılığından bəhs etmək çox önəmlidir Qulu Məhərrəmli

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bu gün mətbuatda media savadlılığının artırılması üçün bir sıra işlər görülür. Mövzu ilə bağlı əməkdar jurnalist, filologiya elmləri doktoru  Qulu Məhərrəmli Demokrat.az-a danışıb: 
"Bu gün media savadlılığı informasiya işi sahəsində əsas sahələrdən biridir. Bisavadlıq deyəndə insanların ağlına adətən yazmağı, oxumağı, tarixi, fizikanı, riyaziyyatı bilməmək və.s gəlir. Media savadlılığı dedikdə isə ilk növbədə KİV-də yayılan məlumatları qiymətləndirmək səriştəsi nəzərdə tutulur. İnsanların bəlli bir səviyyəsi olmalıdır ki, mediada yayılan məlumatları dəyərləndirə bilsin. Media məlumatlarının qiymətləndirilməsi media savadlılığının əsas məqsədidir. Bu həm də sosial şəbəkələrdə davranış tərzini müəyyən edir".
O bildirib ki, fərdi məlumatlarla mediaya yayılan məlumatları ayırd edə bilmək üçün media savadlılığını dərinləşdirməyə ehtiyac var:
"İnformasiyanın ictimai arenaya çıxışının məsuliyyətini duymaq, necə yazmağın, necə ötürməyin lazım olduğunu bilmək media savadlılığının tərkib hissəsidir. Avropada, Türkiyədə media savadlılığı 10 ildir ki, orta məktəblərdə dərs kimi tədris olunur. İnsanların mətbuatda yayılan məlumatları dəqiq qiymətləndirə bilməsi üçün edilir bunlar. Bu gün Qərbdə çap olunan kitabların əksəriyyəti media savadlılığını əks etdirir. Mövzu ilə bağlı treyninqlər keçirilir, yazılar çap olunur. KİV-in özündə savadlılıq məsələsi ayrıca qoyulur. Medianın təsirini qiymətləndirmək, məqsədyönlü kütləvi kommunikasiya məlumatını araşdıra bilmək, böyük auditoriya üçün medianın nə olduğunu izah etmək çox vacibdir.Bizdə də bunlarla bağlı artıq araşdırma işləri aparılır, dissertasiyalar yazılır".
Onun sözlərinə görə, indiki vaxtda bu məsələdən bəhs etmək çox önəmlidir:
"Media savadlılığının iki istiqamətindən danışmaq olar. Birincisi istehlakçının xəbəri yönləndirdiyi auditoriyanın medianı dəyərləndirməsidir. İkincisi KİV- də media savadlılığının tətbiqidir.Medianın özündəki media savadlılığı birbaşa peşə savadlılığı ilə bağlıdır. Jurnalistin xəbəri necə yazması, araşdırma yazısında mənbələrlə necə işləməsi, konfliktli məsələlərdə tərəflərin hamısının mövqeyinin verilməsi və.s media peşəkarlığı ilə bağlı olan məsələlərdir. Media nümayəndəsi tələb olunan peşəkarlıq standartlarını, etik qaydaları gözləməli, məsələnin hüquqi istiqamətini bilməlidir. Media savadlılığı bütün bunları özündə ehtiva edir":
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Dekabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri