Icma.az
close
up
RU
Tamaşaçıların televiziyadan, radiodan çox böyük gözləntiləri var Qulu Məhərrəmli

Tamaşaçıların televiziyadan, radiodan çox böyük gözləntiləri var Qulu Məhərrəmli

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Artıq müstəqillik dövründə neçənci dəfədir ki, 6 noyabr - teleradio işçilərinin peşə bayramı qeyd olunur. Bu tarix birbaşa Azərbaycanda radionun müntəzəm yayıma başladığı 6 noyabr 1926-cı il tarixi ilə bağlıdır və burada önəmli olan odur ki, bu günün qeyd olunması cəmiyyət həyatında bizim televiziyanın, radionun rolunu, onların gördüyü böyük informasiya işini bir daha nəzərə çatdırıb. Bu peşə bayramı kimi bir ənənənin formalaşmasının əsasıdır".

Bu sözləri teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli Redakaktor.az-a açıqlamasında söyləyib.

O, televiziya və radionun cəmiyyətin həyatında çox ciddi rol oynadığını bildirib:

"Baxmayaraq, internet mövcuddur, internetin media profili, sosial şəbəkələr var, amma yenə də ekstremal şəraitlərdə bizim tamaşaçı televiziya və radioya üz tutur. Təəssüf ki, artıq radiolar bizdə tamamilə kölgədə qalıb və radio öz ənənələrini itirmək üzrədir. Amma televiziyaya bu gün tələbat var, özünün sabit tamaşaçıları tərəfindən baxılır".

Əməkdar jurnalist qeyd edib ki, bizim tamaşaçıların televiziyadan, radiodan çox böyük gözləntiləri var:

"Bu gözləntilər onunla bağlıdır ki, televiziyalar, radiolar cəmiyyəti ifadə etsinlər, dəqiq, doğru-dürüst xəbərlər versinlər, cəmiyyəti narahat edən problemləri qaldırsınlar, ictimai müzakirələr təşkil etsinlər və bizim getdiyimiz yolu normal şəkildə işıqlandıra bilsinlər. Bunlar hamısı, əlbəttə ki, bütün teleradio işçiləri qarşısında duran əsas vəzifələrdir. Yeni axtarışlara, yeni layihələrə, uşaq verilişlərinin artırılmasına, səmərəli ictimai müzakirə proqramlarına ehtiyac var. İndi təəssüf ki, təbliğat və informasiya işi bir-birinə qarışıb. Amma jurnalistlərin əsas borcu və vəzifəsi cəmiyyəti düşündürən problemləri əks etdirmək, baş verən hadisələri doğru-düzgün işıqlandırmaqdır. Bu istiqamətdə də mən öz həmkarlarıma uğurlar arzulayıram".

Sevinc İBRAHİMZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri