Icma.az
close
up
RU
İndi pnevmoniya da öldürür: “Müasir dövrdə bu xəstəlikdən ölmək…” HƏKİM

İndi pnevmoniya da öldürür: “Müasir dövrdə bu xəstəlikdən ölmək…” HƏKİM

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar ölkədə pnevmoniyadan ölüm halları artıb. 

Belə ki, bir neçə gün öncə İsmayıllı rayonun Hacıhətəmli kənd sakini Nəbiyev Bəhlul Nurəddin oğlu pnevmoniya xəstəliyindən dünyasını dəyişib. Bugünlərdə isə 27 yaşlı gənc pnevmoniyadan vəfat edib. Yüksək hərarətlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 27 yaşlı oğlan orada vəfat edib. 

Rayonun Yeni Suvagil kənd sakini Əhməd Əliyev yanvarın 26-da xəstəxanaya aparılıb. Yaxınlarının bildirdiyinə görə, əvvəlcə onun ayaqları tutulub. İki gündən sonra isə hərarəti yüksəldiyinə görə xəstəxanaya müraciət ediblər. 

TƏBİB-dən verilən məlumata görə, xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində Əhməd Əliyevə ilkin olaraq pnevmoniya diaqnozu qoyulub. 

Sonradan isə başqa diaqnozlar təyin edilib. Həkiminin bildirdiyinə görə, aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstə yanvarın 30-da vəfat edib. 

Əslində pnevmoniya sağalan xəstəlik hesab edilir. Belə olan təqdirdə niyə pnevmoniyadan ölüm halları artıb? 

Həkim-terapevt Rasif Bağırov “Cebheinfo.az”-a bildirib ki, pnevmoniya əsasən tibbdə fəsad vermədən tam sağalan xəstəliklərdən hesab olunur: 

“Lakin pnevmoniyanın da bir neçə variantı var. Elə variantı var var ki, müalicə prosesi həddindən artıq çətin gedir. Ancaq çətin getsə də, müalicədən sonra tam sağalma olur. Zaqatalada pnevmoniyadan baş verən ölüm hadisəsinə gəldikdə, ola bilər ki, çox gec müraciət edib. Ağciyərinin tənəffüs səthi yuxarı hissəsi təxminən 70-80 faizdən zədələnəndə, həmin xəstələri xilas etmək olmur”. 

Həkim bildirib ki, gec müraciət edəndə belə toksiki vəziyyətlər, bədəndə müxtəlif septiki hallar yaranır və xəstə vəfat edə bilir:

“Ola bilər ki, o xəstənin müalicəsinin gedişində də müəyyən səhv olub və xəstə vəfat edib. Pnevmoniya xəstəliyindən müasir dövrdə insanın ölməsi düzgün deyil”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Fevral 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri