Icma.az
close
up
RU
İndi qərar anıdır: Ümid Rusiya Çin savaşına qalıb

İndi qərar anıdır: Ümid Rusiya Çin savaşına qalıb

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskini “diktator” adlandırması beynəlxalq arenada ciddi rezonans doğurub. 

Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Almaniya kansleri Olaf Şolts bu bəyanata sərt reaksiya verərək, Trampın sözlərini yanlış və təhlükəli adlandırıblar. Starmer xüsusilə vurğulayıb ki, Zelenski demokratik yolla seçilmiş liderdir, onun seçkiləri təxirə salmaq qərarı məntiqli və zəruridir. Tramp Zelenskini seçkiləri keçirməməkdə günahlandırıb. Lakin real vəziyyət nəzərə alınarsa, bu, həqiqətdən uzaq görünür. Ukrayna Konstitusiyası müharibə şəraitində prezident və parlament seçkilərinin keçirilməsini qadağan edir. 

İndiki vəziyyətdə seçkilərin təşkili texniki baxımdan qeyri-mümkündür, çünki ölkənin bir hissəsi işğal altındadır, milyonlarla ukraynalı isə məcburi köçkün vəziyyətindədir. Ukrayna demək olar ki, hazırda yaşamaq uğrunda mübarizə aparır. 

Xarici işlər naziri Andrey Sibiqa da qeyd edib ki, Ukrayna tarixinin ən ağır hərbi sınaqlarından keçir və xalq heç vaxt təslim olmayacaq. Trampın bəyanatlarında diqqətçəkən digər məqam isə ABŞ və Avropa İttifaqının Ukraynaya verdiyi maliyyə yardımları ilə bağlıdır. Tramp Avropanı Ukraynaya kreditlər əsasında yardım göstərməkdə ittiham edib və ABŞ-nin verdiyi pulları geri almayacağını vurğulayıb. 

Eyni zamanda, Tramp Ukrayna ilə nadir torpaq elementlərinin işlənməsi üzrə imzalanmış müqavilənin pozulduğunu bildirib. Bu isə onu göstərir ki, ABŞ-nin Ukraynaya dəstəyi yalnız geosiyasi maraqlarla deyil, həm də iqtisadi amillərlə bağlıdır.

 Yeni strategiya, ya taktiki manevr? 

Trampın açıqlamaları onun Qərbin Ukrayna siyasətinə daha sərt yanaşacağını göstərir. O, açıq şəkildə Avropanı üzərinə daha çox məsuliyyət götürməyə məcbur etməyə çalışır. Bununla yanaşı, onun ritorikası Rusiyanın mövqeyi ilə üst-üstə düşür ki, bu da Qərb liderlərini narahat edir. 

Ukraynalı ekspert, Milli Strateji Tədqiqatlar İnstitutunun baş məsləhətçisi, Milli Strateji Tədqiqatlar İnstitutunun əməkdaşı, iqtisad elmləri namizədi İvan Us "Cümhuriyət”-ə açıqlamasında bildirib ki, ABŞ uzun müddətdir Ukraynada seçkilərin keçirilməsinin vacibliyini vurğulayır:

“Onlar buna misal olaraq 1944-cü ildə öz ölkələrində keçirilən prezident seçkilərini göstərirlər. Lakin nəzərə almaq lazımdır ki, həmin dövrdə ABŞ ərazisində hərbi əməliyyatlar baş vermirdi. Ukraynada isə vəziyyət fərqlidir. Ölkənin bir hissəsi işğal altındadır, milyonlarla insan məcburi şəkildə ölkəni tərk edib. Bu da seçkilərin legitimliyini sual altına alır. 

Bundan əlavə, Ukrayna Konstitusiyası hərbi vəziyyət şəraitində parlament seçkilərinin keçirilməsini qadağan edir, prezident seçkiləri haqqında qanunvericilik də eyni qaydaları tətbiq edir. Bu qadağalar təsadüfi deyil. 

Seçkilər təkcə bir günlük səsvermədən ibarət deyil, bütövlükdə ən azı 90 gün davam edən mürəkkəb prosesdir. Dövlətin əsas vəzifəsi isə seçkilərdə iştirak edən hər kəsin təhlükəsizliyini təmin etməkdir. Amma davam edən döyüşlər fonunda bunu etmək olduqca çətindir”. 

Tramp Putinin dili ilə danışır

Ekspertin fikrincə, bundan başqa, seçkilər cəmiyyətdə fikir ayrılıqlarını dərinləşdirə bilər ki, bu da müharibə şəraitində çox təhlükəlidir:

“Məhz buna görə də Ukrayna tərəfdaşlarına hazırda seçkilərin keçirilməsinin mümkün olmadığını izah edir. Trampın Zelenskinin guya cəmi 4% reytinqinin olması barədə dediklərinə gəldikdə, bu, Rusiyanın təbliğat narrativlərinin təkrarıdır. Tramp dəfələrlə Rusiyanın təqdim etdiyi yanlış məlumatları yayıb. Bu isə onun Ukrayna ilə bağlı real vəziyyəti öyrənmək istəmədiyini və faktları yoxlamağa zaman ayırmadığını göstərir".

“Tramp əvvəlki siyasi qaydaları sındırır”

Ekspert fevralın əvvəlində keçirilmiş sorğunu xatırladıb: 

“Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğuya əsasən, Prezident Volodimir Zelenskiyə ukraynalıların 57%-i etibar edir. Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson da Zelenskinin reytinqinin Trampın dediyi kimi olmadığını bildirib və əslində onun populyarlıq səviyyəsinin Trampın özü ilə təxminən eyni olduğunu vurğulayıb. Bununla belə, Conson hesab edir ki, Trampın bu tip açıqlamaları Avropanı daha fəal addımlar atmağa məcbur etmək üçündür. 

Bu fikirlə razılaşmaq olar. Tramp əslində əvvəlki siyasi qaydaları sındırır və Avropaya açıq şəkildə bildirir ki, nəinki onu müdafiə etməyəcək, hətta ona qarşı çıxa bilər. Bununla o, Avropanın öz müdafiəsinə daha çox maliyyə ayırmasına nail olmaq istəyir. Ukraynaya isə Trampın bu cür bəyanatları və Putini legitimləşdirməsi xoş deyil. Bununla belə, bəzi dairələrdə ümid var ki, bu, yalnız mürəkkəb geosiyasi oyunun bir hissəsidir və nəticədə Rusiya ilə Çin arasında ixtilaf yaradacaq".

Zelenskinin Türkiyəyə səfəri mesaj idi

Ukraynanın taleyinin onun iştirakı olmadan müəyyənləşdirilməsinə toxunan İvan Us bildirib ki, bununla bağlı bəzi müzakirələr var:

“Lakin hələ ki, bunlar sadəcə söhbətlərdir. Çünki müharibənin nəticələri əsasən döyüş meydanında həll olunur. ABŞ güclü oyunçudur, amma tək deyil. 

Burada Avropa İttifaqı, Böyük Britaniya və Türkiyə də mühüm rol oynayır. Elə buna görə də Zelenski Birləşmiş Ərəb Əmirliklərindən Səudiyyə Ərəbistanına deyil, Türkiyəyə yollandı. Çünki həmin vaxt Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasında görüş gözlənilirdi. Zelenskinin Türkiyəyə səfəri isə bir mesaj idi ki, Ukraynanın gələcəyi ilə bağlı qərarlar yalnız ABŞ və Rusiya tərəfindən deyil, həm də Ukraynanın özü, Türkiyə, Avropa İttifaqı və Böyük Britaniya tərəfindən qəbul edilməlidir. Bu da bugünkü reallıqların bir hissəsidir”.

Səbinə Uğur 
"Cebheinfo.az"

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Fevral 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri