Zelenski açıqladı: Bizim bir seçimimiz var!
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Rusiyanın buraxılış qurğularını məhv etmək üçün Ukraynanın “Taurus” qanadlı raketlərinə ehtiyacı var. Kiyev Rusiyanın mülki və enerji obyektlərinə zərbə endirməyə hazırlaşmır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Nə üçün biz “Taurus” sifariş etmək istəyirik? Çünki amerikalılar bizə hava hücumundan müdafiə üçün anti-ballistik raketlər verə bilmədikdə, bizim yalnız bir seçimimiz var: Rusiyanın buraxılış qurğularını məhv etmək. Onlar bizi öldürürlər, biz isə özümüzü müdafiə edə bilmirik. Bunlar mülki hədəflər, infrastruktur və ya enerji infrastrukturu deyil", - deyə dövlət başçısı qeyd edib.
Prezident əlavə edib ki, Ukrayna bu raketləri yalnız sifariş etmək deyil, həm də sınaqdan keçirmək istəyir. O, bunun hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 06 Noyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















