Icma.az
close
up
RU
Modi əhalini qənaət etməyə çağırdı

Modi əhalini qənaət etməyə çağırdı

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hindistanın Baş naziri Narendra Modi ölkədə yaxın dövrdə iqtisadi çətinliklərin gözlənildiyini bildirərək vətəndaşları total qənaət rejiminə keçməyə çağırıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Modi qlobal iqtisadi qeyri-sabitlik və enerji bazarındakı böhranın Hindistana da ciddi təsir göstərdiyini bildirib.

“Vətənpərvərlik yalnız ölkə uğrunda can vermək deyil, çətin dövrlərdə intizamlı həyat tərzi sürməkdir”, - deyə Hindistan hökumət başçısı vurğulayıb.

Baş nazir mümkün olan hər yerdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini, xüsusilə metro və dəmir yolu nəqliyyatından daha çox yararlanmağı tövsiyə edib. O, həmçinin yanacaq sərfiyyatını azaltmaq üçün elektrik avtomobillərinə keçidin vacibliyini qeyd edib və özü də metrodan istifadə edəcəyini açıqlayıb.

Modi vətəndaşları xarici ölkələrdə istirahətdən imtina etməyə, daxili turizmə üstünlük verməyə çağırıb. Bundan əlavə, yerli istehsal məhsullarının alınmasının həm yeni iş yerləri yaradacağını, həm də idxaldan asılılığı azaldacağını bildirib.

Baş nazir əhalini bitki yağından istifadənin azaldılmasına, fermerləri isə gübrə istifadəsini iki dəfə azaltmağa səsləyib.

Modi bu il zəruri hallar istisna olmaqla qızıl alınmamasını da tövsiyə edib. Onun sözlərinə görə, bu addım ölkənin valyuta ehtiyatlarının qorunmasına kömək edə bilər. Hindistanda qızıl xüsusilə toy mərasimlərində ənənəvi hədiyyə hesab olunur.

Hindistan hökumət başçısı pandemiya dövründə olduğu kimi, mümkün qədər evdən işləmə modelinə keçidin də vacibliyini vurğulayıb.

Məlumata görə, Modinin bu çağırışları ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, həmçinin Hörmüz boğazının blokadaya alınması nəticəsində dünya enerji qiymətlərinin kəskin artması ilə əlaqədardır.

Hazırda Hindistanda yanacaq qiymətləri sürətlə yüksəlir. “The Hindu” nəşrinin məlumatına əsasən, ölkənin xam neft ehtiyatları cəmi 25 günlük tələbatı qarşılaya bilər.

Qeyd edək ki, Hindistan dünyada ən çox neft istehlak edən üçüncü ölkədir. Təxminən 1,45 milyard əhalisi olan ölkə dünya əhalisinin beşdə birinə yaxın hissəsini təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 May 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri