Modi G7 sammitində Trampla görüşə bilər
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hindistanın Baş naziri Narendra Modi Fransada keçiriləcək Böyük yeddilik ("G7") sammiti çərçivəsində ABŞ lideri Donald Trampla ikitərəfli görüş keçirə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hindistan KİV-ləri hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
"The Hindu" qəzetinin qeyd etdiyi kimi, bu görüş Modi və Tramp arasında 2025-ci ilin fevralında Vaşinqtonda baş tutan sonuncu əyani danışıqlardan bəri ilk təmas olacaq.
Mənbələr planlaşdırılan müzakirənin təfərrüatlarını açıqlamayıblar, lakin məlumdur ki, tərəflər ikitərəfli ticarət sazişi məsələlərinə toxunacaq, həmçinin qarşılıqlı maraq doğuran digər regional və qlobal problemləri müzakirə edəcəklər.
Modi və Trampın görüşünün hazırlanması barədə hələlik rəsmi məlumat yoxdur.
Hindistan XİN ötən gün bildirib ki, "sammit çərçivəsində Baş nazir bir sıra dünya liderləri ilə də ikitərəfli görüşlər keçirəcək", lakin konkret adlar qeyd etməyib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 10 İyun 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















