Icma.az
close
up
RU
İNDİKİ DÖVRÜN BİTMƏSİNƏ İKİ AYDAN AZ QALDI AY TUTULMASININ HESABLAMASI

İNDİKİ DÖVRÜN BİTMƏSİNƏ İKİ AYDAN AZ QALDI AY TUTULMASININ HESABLAMASI

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

“Biz hər şeyi sayıb yazmııq”. Quran, “Xəbərdarlıq” surəsi

Xəbər verildiyi kimi, bu gün  (14 mart 2025-ci il tarixdə)  Ay tutulması baş verdi. Bu tutulmanın Yer əhlinə hansı mesajları verdiyini gəlin birlikdə araşdıraq. 

Hesablamalarımız göstərir ki, Ay tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü Quran rəmzləri ilə büruzə verir ki, bu da qiyamətin əlamətləri olan Ay tutulmasının ciddi bir nizamla baş verdiyini ortaya qoymaqdadır.

Ay tutulmaları niyə 14 ədədi altında baş verir?

Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə  ayın 14-də  baş verir (bu gün də  Ramazan ayının 14-dür). Bununla Yerə hansı kodlaşdırılmış informasiyanın ötürüldüyünü bilmək üçün   14 ədədinin hikmətlərinə nəzər salmaq kifayətdir.

Öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırırıq (bax: aşağıdakı fotoya):

Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir.  Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulur? 

Xatırladaq ki, 14 ədədi Quranda  “İbrahim”  surəsinin sıra nömrəsidir. Allah-taala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. 

Hesablamalarımız göstərir ki, 14 ədədi Allahın Öz adına olan “Rəhimli Allah” (55) surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün daha  bir düsturu  diqqətinizə çatdırırıq: 

"Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır).

Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var).

Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi  “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir:

55 - 41 = 14

Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə (Allahın iradəsiylə) düzüldüyünü təsdiq edir. 

Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki,   xeyirlə şər (günahla savab) arasında tarazlığı pozan insanlara Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı (balansı) pozmasınlar (müasir terminlə desək, qırmızı xətti keçməsinlər).

Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan da  görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ, qasırğa və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara gələn  bəlaların siqnalıdır. 

Nişirəvanın sarayından niyə 14 sütun uçdu?

14 ədədindən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki,  Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı (bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi).

Xeyirlə şər arasında pozulmuş balans iki aydan gec olmayaraq bərpa ediləcək

Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə dönəmləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda  baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər (kamil insanlar) vasitəsi ilə bərpa edir.

Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Allah-taalanın qəzəbinə səbəb olmuşdur!

Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, təyyarə qəzaları, yolxucu xəstəliklərin tüğyan etməsi məhz bu qəzəbin təzahürüdür.

Astronomik hadisələrin təhlili, eləcə də elmi-lədun bilgilərimiz  göstərir ki, pozulmuş balansı bərpa edəcək şəxs artıq aramızdadır!

Odur ki, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən çəkinsinlər!

Elmi-lədun hesablamalarımız göstərir ki, iki aydan az müddətdə indiki pozğunluq dövrü başa çatıb, Pangeyizm dövrü başlayacaqdır. 

Əvvəlki yazılarımızda Pangeyizm dövrü haqda geniş bəhs edərək bildirmişdik ki, Yer ilk yaranışda bir materik olub ki, onun da adı Pangeya olub (sonradan qitələrə parçalanıb).  Həmin materikin xəritəsini Allah hər axşam bizə Ayın üzərində göstərsə də, biz ona “ləkə” deyib yan keçirik (hələ utanmadan özümüzü 21-ci əsrin elmli insanı da hesab edirik). Pangeyizm dövrü bəşəriyyətin kamillik dövrü olacaqdır və dünyada sülh-əminamanlıq, haqq-ədalət  bu dövrdə bərqərar olacaqdır. Başlanmasına iki aydan az vaxt qalmış bu gözəl (ruzili-bərəkətli) dövrdə ancaq yaşamağa layiq (xoşbəxtliyi haqq etmiş, heç kəsə ziyan verməyi niyyət tutmamış) insanlar yaşayacaqlar. 

Bütün bunları nəzərə alıb, bir daha mənə inananlara tövbə etməyi, savab əməllərini artırmağı tövsiyyə edirəm. 

“Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə.


Dr. Paşa Yaqub - elmi-lədun bilicisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Mart 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see118

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri