İndoneziya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib FOTOLAR
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova indoneziyalı həmkarı ilə görüşüb. Görüşdə APA-nın Asiya parlamentlərini birləşdirən mühüm parlament platforması olduğu qeyd edilərək Bakının ev sahibliyi ilə keçirilən 15-ci plenar sessiyada bir sıra vacib məsələlərin müzakirə olunacağı diqqətə çatdırılıb. Bu cür tədbirlərin ikitərəfli əlaqələrin müzakirəsi və genişləndirilməsi baxımından da əhəmiyyəti vurğulanıb.
Görüşdə parlamentlərarası qarşılıqlı fəaliyyətin iki dövlət arasında əlaqələrin inkişafına mühüm və müsbət təsir göstərdiyi qeyd edilərək qanunverici orqanların Parlamentlərarası İttifaq, İƏTPA, APA kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 Fevral 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















