Icma.az
close
up
RU
İndoneziya və Qətərlə əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq müzakirə olunub

İndoneziya və Qətərlə əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq müzakirə olunub

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 6-cı konfransında iştirak etmək üçün Qətər Dövlətinin paytaxtı Doha şəhərində səfərdədir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Anar Əliyev konfransda iştirak etmək üçün Qətərə gəlmiş İndoneziyanın işçi qüvvəsi naziri prof. Yassierli ilə görüşüb.  Azərbaycan ilə İndoneziya arasında münasibətlərin dostluq məcrasında inkişafından bəhs edilib. Əmək və məşğulluq sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb. Bu sahədə təcrübə və məlumat mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd edilib.

Həmçinin Qətər Dövlətinin əmək naziri dr. Ali bin Saeed bin Samikh Al Marri ilə görüş olub. Azərbaycan-Qətər münasibətlərinin iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yüksək səviyyədə olduğu və daim inkişaf etdiyi, ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən İƏT çərçivəsində də səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Hər iki görüşdə Azərbaycanda son illər əmək və məşğulluq sahəsində aparılan islahatlara, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının və rəqabət qabiliyyətinin artırılması sahələrində görülən işlərə dair məlumatlar verilib.

İƏT-in Bakı şəhərində yerləşən Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq sahəsində əlaqələrin genişlənməsində rolu qeyd edilib, gələcək əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması məsələləri müzakirə olunub.

Doha şəhərində İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 6-cı konfransına hazırlıqla bağlı yüksək səviyyəli rəsmilərin görüşü də olub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev iştirak edib.

Mustafa Kamal
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri