Icma.az
close
up
RU
Azərbaycan ilə Özbəkistan arasında əmək və məşğulluq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Özbəkistan arasında əmək və məşğulluq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Rano Turdiboyeva ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qardaş ölkələr olan Azərbaycan və Özbəkistan arasında münasibətlərin daim inkişaf etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səyləri ilə iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanıb.

2023-cü ilin avqust ayında hər iki dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”nin strateji tərəfdaşlığın dinamik inkişafının təmin edilməsində xüsusi əhəmiyyəti qeyd olunub.

Azərbaycanda əmək və məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar, DOST konsepsiyası, dövlət sosial xidmətlərinin elektronlaşdırılması sahəsində əldə olunan uğurlar barədə məlumat verilib.

Görüşdə ölkələrimiz arasında sosial sahədə əlaqələrin də daim genişlənməkdə olduğu qeyd edilərək, islahatlar prosesində qarşılıqlı təcrübə mübadilələrinin əhəmiyyətindən bəhs olunub. Əmək və məşğulluq sahələrində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin aktiv məşğulluq proqramları, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması, gənclər və əhalinin həssas qrupları üçün peşə hazırlığı və digər sahələrdə təcrübə mübadilələrinin həyata keçirilməsinə, birgə seminar və dəyirmi masaların təşkilinə dair fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see191

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see166

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see135

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri