İnfantino haqda araşdırma başladıldı
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Nümayəndələr Palatasının üzvü Ceymi Raskin FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırmaya başlayıb.
QOL.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Mənbənin iddiasına görə, Raskin FIFA-nın ABŞ prezidenti Donald Tramp və onun administrasiyası ilə əlaqələrini üzə çıxara biləcək sənədlərin təqdim olunmasını istəyib. O, həmçinin FIFA-nın Mayami və Nyu-Yorkdakı ofislərinin ziyarət jurnallarının təqdim edilməsini tələb edib.
Məktubda ABŞ Ədliyyə Nazirliyinin 2015-ci ildə FIFA-da korrupsiya işi üzrə təqsirləndirilən şəxslərlə bağlı ittihamları geri götürməsi də xatırladılıb.
Raskin sonda İnfantinodan Nümayəndələr Palatasının Hüquq Komitəsinə rəsmi ifadə verməsini istəyib.
Baxış sayı:99
Bu xəbər 28 İyul 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















