Icma.az
close
up
RU
İnfarkt riskini azaldan amillər təhsil, maaş, ailə...

İnfarkt riskini azaldan amillər təhsil, maaş, ailə...

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Keçən həftə "European Journal of Preventive Cardiology"adlı jurnalda bir məqalə yayımlandı.

Tədqiqat İsveç, Stokholm, Karolinska İnstitutunda aparılmışdır. Məqsəd bir dəfə ürək infarktı keçirənlərdə ikinci dəfə infarkt keçirilməsinə səbəb olan faktorları ortaya qoymaq olmuşdur.

Tədqiqat 1 il əvvəl infarkt keçirmiş 29 226 qadın və kişi üzərində aparılmışdır. Ortalama 4,1 il həkim nəzarətindən sonra iştirakçıların 2284 nəfəri (7,8%-i) ikinci dəfə infarkt, ya da insult keçirmişdir. Araşdırıb baxanda məlum olmuşdur ki; 1) boşanmış pasientlər boşanmamışlara nisbətən 18% çox,

2) maaşı yaxşı olanlar kasıblara nəzərən 35% daha az, 3) ali təhsillilər natamam orta təhsillilərə nisbətən 14% daha az infarkt, ya da insult keçirib. Yəni sadələşdirilmiş dillə desək, infarkt və insult riskini nəzərə alanda yaxşı maaşlı, ali təhsilli və evli olanlar şanslıdır.

Əvvəllər də bənzər tədqiqatlar aparılıb, bənzər nəticələr əldə edilmişdi. Yeni tədqiqatla eyni nəticələrin bir daha təsdiq olunmağı, təsadüfi olmadığını sübuta yetirir. Nəticə məntiqlidir. Boşanmaq emosional stresdir. Stresin də ürəyə, beyinə zərərli olduğunu bilirik. Tibb sürətlə inkişaf edir və mürəkkəbləşir. Xəstələrin tibbi prosedurları, müalicələri, xəstəliyin mexanizmasını qavramaqları çətinləşir. Ömür uzandıqca xronik xəstəliklər çoxalır. O xəstəliklər ki, ömür boyu dərman müalicəsi, özünə müntəzəm qulluq, diqqət tələb edir. Əks halda uzun vədədə nailiyyət əldə etmək mümkün deyil.

Yuxarıdakı tədqiqatda ali təhsil deməklə, əslində, vurğulanmaq istənən şey bilikdir, savaddır. "Müsavat" onlayn qəzetində yazılar yazmaqda bizim məqsədimiz də budur: oxucularımızın, əsasən, kardiologiya, eləcə də ümumi tibb haqqında bilik və savadını artırmaq.

Tədqiqatda gəlir səviyyəsi də vurğulanmışdır. Gözlənildiyi kimi kasıb təbəqə maddi səbəblərdən ötrü həkimə müntəzəm gedə bilməyəcək, tibbi əməliyyatlardan, prosedurlardan imtina edəcək, yaxud gecikdirəcək, keyfiyyətli dərman ala bilməyəcək və s.

Yeri gəlmişkən, 2 məsələni qeyd etmək istərdim:

1-ci məsələ. Bu yaxınlarda təsadüfən radioya qulaq asarkən, bir proqramın mövzusu belə idi: - Ailənizdə ortalama ömür neçə ildir? Dinləyicilər də zəng edib fikirlərini bildirirdilər. 3 dinləyicinin fikrinə qulaq asa bildim, üçünün də fikri ortaq idi: "Ailəmizdə babam, nənəm, filankəs uzun yaşayıb, məncə köhnə insanlar indikindən uzun yaşayırdılar". Tarix var, statistika var, heç vaxt insanlar indiki qədər uzun yaşamayıblar. Tunc dövrü, Dəmir dövründə orta ömür 26 il imiş. 1900-cü illərdə dünya üzrə ortalama 31, 1950-də 48, 2014-də 71,5 il olub.

2-ci məsələ. Bu yaxınlarda bir deputat, bir oteldə rəhmətə getdi, bir dərmanın adı hallandı. "Niyə öldü?",  "Səbəb nə idi?" mən dəqiq bilmirəm. Amma "Viaqra" adı gündəmə gəlmişkən, bir məsləhət vermək istəyirəm. Ürəyin tac damar xəstəliyi olan, stenokardiyadan şikayətlənən, infarkt keçirmiş, stent taxılmış kişilər! O gün "nitroqliserin, isosorbid 5-mononitrat, isosorbid dinitrat" tərkibli nitrat preparatlarından birini içmisinizsə, "Viaqra" qəbul etməyin, çünki öldürə bilər. Əgər "Viaqra" və bənzər dərmanlardan istifadə etməyə qərar vermisinizsə, nitrat tərkibli dərmanları 24 saat əvvəlcədən dayandırın, işinizi görün, üstündən 24 saat keçəndən sonra davam edin.

Vüsal Vəliyev, kardioloq
Milli.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see400

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see357

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see322

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see316

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see292

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see271

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see208

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see205

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see202

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see189

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see182

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see176

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see166

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri