İnfeksionist: Antibiotiklər yalnız bakterial infeksiya zamanı təsirlidir
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
“Respirator virus infeksiyalarında antibiotiklərin əksər hallarda heç bir təsiri olmur. Antibiotiklər yalnız ikincili, yəni bakterial infeksiya qoşulduğu hallarda göstərişdir. Virus infeksiyası zamanı immun sisteminin zəifləməsi bakterial infeksiyanın yaranması üçün əlverişli şərait yaradır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı səsləndirib.
Həkim qeyd edib ki, bu infeksiyalarda hərarət adətən 3–5 gün ərzində zirvəyə çatır və sonradan normala enməli, əlamətlər isə tədricən zəifləməlidir:
“Əgər hərarət normala düşmür, yaxud xəstə özünü yaxşı hiss etdikdən bir neçə gün sonra əlamətlər yenidən ortaya çıxırsa, quru öskürəyin bəlğəmli öskürəyə çevrilməsi, döş qəfəsində ağrılar müşahidə olunursa, bu, bakterial infeksiyanın qoşulmasına işarə edə bilər. Belə hallarda xəstə özbaşına antibiotik qəbul etməməlidir. Vəziyyət həkim tərəfindən qiymətləndirilməli, lazım gəldikdə laborator və instrumental müayinələr – bəlğəmin analizi, qanın ümumi müayinəsi, kəskin iltihabi zülalların səviyyəsinin yoxlanılması və digər testlər aparılmalıdır. Yalnız bundan sonra antibiotiklərin təyin olunub-olunmaması barədə qərar verilir. Antibiotikin növü, qəbul müddəti və dozası yalnız həkim tərəfindən müəyyən edilməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 24 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















