Icma.az
close
up
RU
İnfluenserlərdən şikayət var Dövlət Agentliyi araşdırır

İnfluenserlərdən şikayət var Dövlət Agentliyi araşdırır

Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnfluenserlərdən şikayət var – Dövlət Agentliyi araşdırır

Blogerlərin sosial mediadakı reklamlarla bağlı qəbul olunan qərardan sonrakı fəaliyyəti ilə bağlı açıqlama verilib.

OLAY yazır ki, bu barədə medianews.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib:

“Məlum olduğu kimi, 22 aprel 2025-ci il tarixində “Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun təsdiq edilib. Sözügedən dəyişikliyə əsasən, “Reklam haqqında” qanuna “rəqəmsal platforma təsirçisi” anlayışı əlavə edilib və onlar reklam subyekti kimi tanınır. Eyni zamanda dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı zamanı bir sıra tələblər müəyyən edilib. Belə ki, reklam yayımı “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalı, reklamı həyata keçirilən əmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və ya vizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədə reklam istehlakçısı məlumatlandırılmalı, reklamverici barədə məlumatlar verilməlidir. Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq, reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq qadağan edilir. Məlumat üçün bildiririk ki, “Reklam haqqında” qanuna əsasən, reklam subyektlərinin maraqlarını və bu qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər vermək məqsədilə reklam fəaliyyətinə nəzarət həyata keçirilir. Həmin qanuna əsasən, Azərbaycan Respublikasında açıq məkanda reklam istisna olmaqla, reklam fəaliyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Agentlik tərəfindən açıq məkanda reklam istisna olmaqla, reklam qanunvericiliyin tələblərinə əməl olunmasına dair dövlət nəzarəti müntəzəm olaraq aparılan monitorinqlər, habelə fiziki və hüquqi şəxslər tərəfindən daxil olmuş müraciətlərin araşdırılması əsasında həyata keçirilir. Qanuna dəyişiklikdən ötən dövr ərzində “Reklam haqqında” qanunun tələblərinin pozulması barədə rəqəmsal platforma təsirçiləri ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 3 müraciət daxil olub. Müraciətlərdən 1-i qanunamüvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib. 1 müraciətdə pozuntu halları ilə bağlı konkret faktlar təqdim edilmədiyindən müraciətçiyə müvafiq izahat verilib. 1 müraciət üzrə isə araşdırma davam etdirilir”.

Mətbuat xidmətinin açıqlamasının sonunda vurğulanıb ki, reklam qanunvericiliyin tələblərinin pozulması halları ilə qarşılaşan istehlakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt  ([email protected])  vasitəsilə müraciət edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://olay.az
archiveBu xəbər 10 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see352

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see259

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see259

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see250

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see250

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see248

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see241

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see239

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see237

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see235

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see231

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see225

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see223

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see223

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see222

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see221

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see215

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see207

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see193

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri