Icma.az
close
up
RU
İnflyasiyanın artım tempi səngiyib: Amma hələ də yüksəkdir

İnflyasiyanın artım tempi səngiyib: Amma hələ də yüksəkdir

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pərviz Heydərov yazır...

Ölkədə iyun ayının yekununa əsasən istehlak qiymətləri indeksinin illik səviyyəsi nəinki sabit qalıb, cüzi də olsa aşağı düşüb. Belə ki, bu ilin mayında qeyd olunan göstərici keçən ilin eyni ayına nisbətən 106.3% təşkil etmişdisə, iyunda 106%-ə bərabər olub. O cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 107%, qeyri-qida məhsulları 102.8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 107.2% təşkil edib.

Qeyd edim ki, il başlayandan bu rəqəm hər ay artırdı. Söhbət, illik inflyasiya səviyyəsindən gedir. Bu göstərici yanvarda 5.4%, fevralda 5.5%, martda 5.9%, apreldə və mayda isə 6.3% olmaqla yalnız, mayın yekununa görə sabit qalmışdı.

2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99.6%, yanvar-iyun aylarında, yəni orta illik inflyasiya səviyyəsi isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105.9% təşkil edib. May ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99.9%, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105.9% təşkil etmişdi.

İllik inflyasiya səviyyəsinin 0.3% azalmasını, orta illik inflyasiyanın isə sabit qalmasını nə ilə izah etmək olar? Ölkədə qiymətlərin yüksəlişi dayanıbmı? Bahalaşma səngiyibmi?

Məsələ bundadır ki, keçən illə müqayisədə, əslində inflyasiya yenə yüksəkdir. 2018-2021-ci illər ərzində ölkə üzrə qiymət artımı səviyyəsi 10%-i keçmədiyi halda, 2022-ci ildə bu rəqəm birdən-birə 14%-ə yaxınlaşmış, 2023-cü ildə 8.8%, ötən il шsə 5%-ə yaxın təşkil etmişdi. Yəni, ötən iki il ərzində - 2023-2024-cü illərdə bu proses zəifləmişdi.

Lakin, yuxarıda da qeyd etdiyim kimi, bu ilin əvvəlindən sözügedən temp yenidən artdı - özü də iqtisadi artımın zəif tendensiyası fonunda. Bunu tətikləyən isə fikrimcə, əsasən üç amil oldu.

Birincisi, hökumətin cari ilin əvvəlindən etibarən növbəti, yəni 2019-cu ildən bəri həyata keçirilməkdə olan sayca 5-ci sosial islahat paketinə start verməsi, ikincisi, dövlət tərəfindən tənzimlənən bir sıra tariflərin cüzi də olsa artırılması, üçüncüsü isə bu il ölkəyə idxalın daha da artması...

Bəs, bunlardan ən güclü rola malik olanı hansıdır?

Əvvəlcədən qeyd edim ki, məhz üçüncüsü... Niyəsini izah edim... Dövlət başçımız tərəfindən imzalanan müvafiq sərəncamlarla bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi ümumən 3 milyon insanı əhatə etməklə əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1.4 milyard manat dəyərindədir.

Bəli, bu o qədər böyük vəsait olmasa da, qiymət artımı prosesini yerindən tərpətdi.

Ölkədə bir sıra kommunal xidmətlər üzrə tariflərə dəyişikliklərə gəldikdə isə, düzdür, cari ildəki artım heç vaxt bu qədər aşağı və ehtiyatlı şəkildə həyata keçirilməmişdi. Lakin bunun səbəbi var idi. Səbəb də o idi ki, bu, həm 5-ci sosial islahat paketinin başlaması ilə eyni vaxta düşməsi, həm də hökumətin və dövlətin sözügedən sahədə həmişə əhalinin iqtisadi maraqlarını nəzərə alması ilə izah olunurdu.

Əks halda, 1 kubmetr təbii qaz üzrə tarif səviyyəsi əhalinin 48%-i üçün cəmi 0.5 qəpik (4.2%), 1 kilovat-saat elektrik enerjisi üzrə isə əhalinin 65%-i üçün 0.4 qəpik (5%) artırılmazdı. İstehlak qiymətlərinə ciddi təsir yaranmaması üçün isə, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovat-saat elektrik enerjisinin tarifi 0.6 qəpik (6%) artırılaraq 10.6 qəpik müəyyən edilməzdi.

Ancaq, həmişə qeyd etmişəm və yenə təkrar edirəm ki, kommunal xidmət tarifləri üzrə artımlar istehlak qiymətləri indeksinə çox da təsir etmir. Ölkədə inflyasiyaya əsas təsir və təzyiq amilləri kənar vasitələr sayılır ki, hətta maaş və pensiya artımları da ciddi amil hesab edilmir.

Buradan da, neftə görə xarici ticarətimizdə azalma fonunda ərzaq idxalının genişlənməsinin yaratdığı fəsadlara gəlirik ki, bu da daxili bazarımızın ən zəruri istehlak malları üzrə idxaldan asılı vəziyyətdə olduğu, inflyasiyanın ən çox məhz bunun təsiri və təzyiqindən alovlandığını qaçılmaz edir.

Yeri gəlmişkən, hazırda bir sıra ərzaq məhsullarının mövsümü olduğu üçün illik istehlak qiymətləri indeksinə də təsir və təzyiq nisbətən zəifləyib. İllik inflyasiya səviyyəsinin 0.3% enməsini, orta illik inflyasiyanın isə sabit qalmasını şərtləndirən əsas faktorlardan biri də həm də budur.

Lakin ölkə iqtisadiyyatı üçün cari ilin ilk yarısının uğurla başa çatdığına dair şərhimdə qeyd etdiyim kimi, ilin zəif iqtisadi artımla başlanması, neftin dünya bazar qiymətlərinin aşağıya doğru meyillənməsi, həmçinin inflyasiya tempinin yüksəlməsi müqabilində neftin orta ixrac qiymətinin dövlət büdcəmizdə nəzərdə tutulduğundan yuxarı təşkil etməsi, büdcənin də qənaətlə icra olunması, həmçinin inflyasiya tempinə də tənzimləyici vasitələr tərəfindən az-çox təsir nəticəsində vəziyyət sabit qalıb və bunun üzərində də cüzi fərqlə olsa da, müsbət nəticələr əldə edilib.

Mərkəzi Bankın (AMB) faiz dəhlizində uçot dərəcəsi 7.25%, dəhlizin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% səviyyəsindədir. Artıq beş rübdür ki, AMB gözləmə mövqeyindədir və faizlərə toxunmur. Hansı ki, bu, az təsirlidir...

AMB-nin proqnozlarına gəldikdə isə, illik inflyasiya üçün hədəf götürdüyü tavan 6%, çərçivə isə 2-4% diapazonundadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyul 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri