Icma.az
close
up
RU
İnformasiya mühitində təhlükəsizlik məsələləri getdikcə daha ciddi xarakter alır Radik İsmayılov

İnformasiya mühitində təhlükəsizlik məsələləri getdikcə daha ciddi xarakter alır Radik İsmayılov

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnformasiya mühitində təhlükəsizlik məsələləri getdikcə daha ciddi xarakter alır. Həm Azərbaycan, həm də Gürcüstan son illərdə dezinformasiyanın dağıdıcı təsirlərinə məruz qalan ölkələr sırasındadır. Yalan məlumatların məqsədli şəkildə yayılması artıq təkcə media və kommunikasiya problemi deyil, ictimai sabitliyə, siyasi mühitə və milli təhlükəsizliyə yönəlmiş təsir vasitəsinə çevrilib.

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan – Gürcüstan Media Forumu çərçivəsində keçirilən “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzulu panel sessiyada “ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov deyib.

O qeyd edib ki, rəqəmsal texnologiyaların, xüsusilə də süni intellektin sürətli inkişafı prosesi daha da mürəkkəbləşdirir. Bir tərəfdən süni intellekt informasiya istehsalını sürətləndirir, operativliyi artırır və media fəaliyyətinə yeni imkanlar yaradır. Digər tərəfdən isə saxta məlumatların, manipulyativ görüntü və mətn materiallarının hazırlanmasını son dərəcə asanlaşdırır. Bu isə jurnalistikanın əsas prinsipi olan dürüstlük, dəqiqlik və etibarlılığın qorunmasını çətinləşdirir.

“Artıq təqdim olunan hər bir informasiyanın doğru olub-olmadığını dəqiq müəyyənləşdirmək əvvəlki illərlə müqayisədə xeyli çətinləşib. Məlumata çıxış imkanları genişlənir, ancaq doğru informasiya ilə saxta informasiyanı ayırd etmək bacarığı zəifləyir. Bu səbəbdən informasiya savadlılığının artırılması, faktların yoxlanılması mexanizmlərinin gücləndirilməsi və media etikasının qorunması xüsusi prioritetə çevrilir. Bu gün dezinformasiya sadəcə virtual manipulyasiya deyil, ictimai şüura, davranış modellərinə, qərarvermə proseslərinə təsir edən real metod kimi istifadə olunur. Ona görə də hər iki ölkə media qurumları, mütəxəssisləri və dövlət strukturları olaraq bu sahəyə diqqətimizi daha həssas şəkildə yönəltməliyik. Birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, maarifləndirmə fəaliyyəti və yeni texnoloji təhlükəsizlik standartları formalaşdırılmalıdır”,-deyə R.İsmayılov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri