Icma.az
close
up
RU
İnformasiya savaşında daha bir mənəvi qələbə

İnformasiya savaşında daha bir mənəvi qələbə

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan liderinin İtaliya telekanalına müsahibəsi düşmən dairələrin yalan və böhtanlarını alt-üst etmişdi

2020-ci ilin payızında 30 ilə yaxın davam edən Ermənistanın işğal siyasətinə qarşı əks-hücum əməliyyatları fonunda Azərbaycan beynəlxalq hüququn bərpası və ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizəsini informasiya cəbhəsində də uğurla davam etdirirdi. Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 26-da İtaliyanın nüfuzlu “Rai-1” telekanalına verdiyi müsahibə də bunun parlaq ifadəsi idi. 

Dövlət başçısının Apennin ölkəsi telekanalının suallarına cavabları həm beynəlxalq ictimaiyyətin regiona dair yanlış təsəvvürlərinin dağıdılmasına, həm də Azərbaycanın ədalətli mövqeyinin dünya auditoriyasına çatdırılmasına xidmət edirdi. Həmin dövrdə bir sıra beynəlxalq media orqanlarında, eləcə də “Rai-1” kimi Avropanın ən çox izlənilən informasiya platformasında Ermənistanın təcavüzkar siyasəti və respublikamızın legitim müdafiə tədbirləri açıq və inandırıcı arqumentlərlə izah olunurdu.

Prezident İlham Əliyev həmin müsahibədə respublikamızın fəaliyyətinin tam şəkildə BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını vurğulayır, Azərbaycan ərazisində aparılan savaşın işğalda saxlanılan torpaqların azad edilməsi məqsədi daşıdığını və bunun dövlətin suveren hüququnun təzahürü olduğunu xatırladırdı. Belə bir ədalətli yanaşma, xüsusən də Qərb mediasının bəzən tərəfli münasibəti baxımından informasiya müharibəsində mühüm önəmə malik idi. Azərbaycan lideri İtaliya auditoriyasına BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistanın işğalçı ordusunun Qarabağdan qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini və Azərbaycanın bu qərarların icrasını gerçəkləşdirdiyini bir daha diqqətə çatdırırdı. Dövlət başçısının ritorikasında beynəlxalq hüquqla bağlı istinadların çoxluğu isə təsadüfi deyildi. Buna görə də Azərbaycan lideri münaqişənin hərbi mərhələsinin də hüquqi əsaslara söykəndiyini diqqətə çatdırır, ölkəmizin legitimliyini hüquqi-siyasi çərçivədə sübuta yetirirdi. 

“Rai-1”ə müsahibənin mühüm uğurlarından biri də Prezident İlham ­Əliyevin Qərb mediasında yayılan dezinformasiyalara qarşı arqumentli cavabları idi. Ermənistan və onu dəstəkləyən bəzi ­dairələr tərəfindən döyüşlər zamanı guya mülki əhalinin hədəfə alındığı, yaxud xarici döyüşçülərin Azərbaycana gətirildiyi iddia edilirdi. Ölkə rəhbəri müsahibədə bu iddiaları faktlarla təkzib edərək Azərbaycan ordusunun beynəlxalq humanitar hüququn tələblərini tam yerinə yetirdiyini, mülki obyektlərin heç vaxt hədəf seçilmədiyini, əksinə, Ermənistanın Gəncə, Bərdə və Tərtər kimi şəhərləri raket atəşinə tutmaqla müharibə cinayətləri törətdiyini bildirirdi. Bu, təkcə hərbi-siyasi açıqlama deyildi, eyni zamanda, Azərbaycanın beynəlxalq humanitar prinsiplərdəki üstün mövqeyinin təsdiqi idi. Ölkə rəhbəri bu fikirləri səsləndirməklə, əslində, Qərb ictimai rəyində “kim haqlıdır?” sualına doğru-dürüst cavab verirdi.

Müsahibənin ən diqqətçəkən cəhətlərindən biri də Prezident İlham Əliyevin soyuqqanlı, diplomatik və eyni zamanda, prinsipial ritorikası idi. Dövlət başçısı sualları emosiyasız, eyni zamanda, inandırıcı və faktlara əsaslanaraq cavablandırırdı. Bu, Avropa mediasında ölkə rəhbərinin peşəkar diplomat, strateji düşüncə sahibi və siyasi balans yaradan lider obrazını daha da möhkəmləndirirdi. Azərbaycan liderinin “Biz öz torpağımızda vuruşuruq, biz kiminsə torpağına girmirik” ifadəsi beynəlxalq auditoriyada həm hüquqi, həm də mənəvi baxımdan güclü təsir yaradırdı. Bununla da Prezident ­İlham Əliyevin siyasi lider olmaqla bərabər, həm də qlobal informasiya məkanında respublikamızın milli mənafelərini gerçəkləşdirən intellektual dövlət başçısı kimi nüfuzu daha da güclənirdi. 

Qeyd edək ki, “Rai-1” müsahibəsi beynəlxalq ictimai rəydə Qarabağ məsələsinə münasibətin yenidən formalaşmasına güclü təkan verdi. Həmin vaxta qədər Qərb auditoriyasında Ermənistanın kiçik və zəif dövlət kimi təqdimatı geniş yayılmışdı. Lakin İlham Əliyevin arqumentli və aydın mesajları münaqişənin “böyük və kiçik dövlətlər”in deyil, haqlı və haqsız tərəflərin münaqişəsi olduğunu göstərirdi. Bu müsahibədən sonra bir sıra nüfuzlu analitiklər qrupu mediada Azərbaycanın mövqeyinə daha obyektiv baxış sərgiləməyə başladı. Beynəlxalq münasibətlər müstəvisində isə Azərbaycanın diplomatik etibarlılığı və geosiyasi çəkisi daha da artmağa başladı. 

Prezident İlham Əliyev müsahibə zamanı, eyni zamanda, respublikamızın regional sabitlik, əməkdaşlıq və enerji təhlükəsizliyi istiqamətində oynadığı rolu xüsusi vurğuladı. Bu, Vətən müharibəsi dövründə belə Azərbaycanın beynəlxalq tərəfdaşlara sadiqliyini və konstruktiv siyasətini göstərirdi. Respublikamızın həm qardaş Türkiyə, həm də digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığının beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsi, regionda sülhün yalnız ədalət üzərində qurula biləcəyi ilə bağlı fikrin daim önə çəkilməsi də bunun bariz ifadəsi idi. Bu yanaşma təkcə müharibə zamanı deyil, sonrakı postmünaqişə dövrünün diplomatik strategiyasının da ideoloji əsaslarını təşkil edirdi.

“Rai-1” aparıcısının suallarına cavab verən Prezident İlham Əliyev Ermənistanın 2020-ci ilin iyulunda Tovuz istiqamətində, sentyabrda isə cəbhə boyunca törətdiyi təxribatları da diqqətə yönəldirdi. Hədəfin isə Azərbaycan ordusu ilə bərabər, həm də ölkəmizin enerji və kommunikasiya xətlərini, eləcə də beynəlxalq layihələri təhlükə altında saxlamaq, regionda sabitliyi pozmaq olduğunu bildirirdi. 

Ölkə rəhbəri, eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı ilə danışıqlar prosesini tam iflic vəziyyətə saldığını vurğulayır, bunun nəinki beynəlxalq hüquqa, eləcə də ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarının ruhuna zidd olduğunu sübut edirdi. Prezidentin fikirlərində bir mühüm məqam – Ermənistan rəhbərliyinin illər boyu münaqişəni sülh yolu ilə həll etmək istəmədiyi, əksinə, işğalı legitimləşdirməyə çalışdığı da vurğulanırdı. 

Prezident İlham Əliyevin “Rai-1” kanalına müsahibəsində Azərbaycanın Avropada ən yaxın tərəfdaşlarından biri olan İtaliya ilə əlaqələrin, xüsusilə enerji və iqtisadi sahələrdə strateji səviyyəyə yüksəlməsi iki ölkə arasında qarşılıqlı etimadın və informasiya şəffaflığının göstəricisi idi. Müsahibədə Prezident qeyd edirdi ki, Azərbaycan İtaliya ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinə böyük önəm verir və bu əlaqələr qarşılıqlı hörmətə əsaslanır. 

Eyni zamanda, dövlət başçısı İtaliya ictimaiyyətinə çatdırırdı ki, Azərbaycan dövləti mülki əhalini hədəf almır, müharibə yalnız işğal olunmuş ərazilərdə gedir. Azərbaycan lideri Gəncə və Bərdəyə atılan raketlərin, mülki insanların qətlə yetirilməsinin Ermənistanın terrorçu mahiyyətini açıq göstərdiyini vurğulayır, bununla Azərbaycanın dinc sakinlərin həyatına dəyər verir, beynəlxalq humanitar hüquqa sadiq qalması ilə bağlı Avropa auditoriyasına yönələn humanitar mesajlar ötürürdü. 

Prezident İlham Əliyev müsahibədə Azərbaycanın çoxmillətli və multikultural cəmiyyətindən də bəhs edərək bildirirdi ki, ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Ölkə rəhbəri bu faktı Azərbaycanın tolerantlıq ənənələrinin və sivilizasiyalararası dialoqa verdiyi töhfələrin bariz nümunəsi kimi dəyərləndirirdi. Bu fikir, əslində, Avropa tamaşaçısına ünvanlanmış dərin məna daşıyırdı: Azərbaycan nə dini, nə də etnik münaqişə aparır, mübarizə yalnız işğala qarşıdır. 

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin “Rai-1” telekanalına müsahibəsində diqqətçəkən cəhət təkcə cavabların məzmunu deyil, həm də onun diplomatik davranış tərzi və arqumentlərin peşəkar təqdimatı idi. O, son dərəcə təmkinli, lakin qətiyyətli tonla, beynəlxalq auditoriyanın anlayacağı dildə Azərbaycanın mövqeyini vurğulayırdı. Bu, informasiya müharibəsində Azərbaycanın üstünlüyünü gerçəkləşdirən əsas amillərdən biri idi. Prezidentin bütün müsahibələrində olduğu kimi, burada da onun əsas məqsədi Azərbaycanın öz torpaqlarını işğalçıdan təmizlədiyi və bunu beynəlxalq hüquq çərçivəsində həyata keçirdiyi barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmaq idi.

Azərbaycan liderinin “Rai-1”ə müsahibəsi qısa müddətdə dünya mediasında geniş rezonans doğurdu. Müxtəlif beynəlxalq agentliklər müsahibədən əsas fikirləri sitat gətirərək respublikamızın arqumentlərini obyektiv şəkildə təqdim edilirdi. Bu hadisə Azərbaycanın müasir informasiya diplomatiyasının parlaq nümunəsinə çevrildi. Artıq ölkəmiz təkcə enerji layihələri və geostrateji mövqeyi ilə deyil, həm də qlobal informasiya savaşında uğurlu media siyasəti ilə tanınmağa başladı.

Beləliklə, Prezident İlham Əliyevin sözügedən müsahibəsi müasir diplomatiyada qələbənin yalnız masa arxasında deyil, efirdə də əldə edildiyini sübuta yetirdi. Dövlət başçısının hər bir bəyanatı milli mövqeyin, dövlət strategiyasının və tarixi ədalətin ifadəsi kimi yüksək qiymətləndirildi. Bu müsahibə də Azərbaycanın informasiya mübarizəsində qələbəsinin əsas mərhələlərindən biri olaraq Vətən müharibəsinin ümumi uğur salnaməsinə daxil oldu. 

Azərbaycan liderinin cavablarında dövlətin haqq səsi, xalqın ədalət istəyi əks olundu. Nəticə etibarilə, Prezident İlham Əliyevin 2020-ci ilin payızında “Rai-1”də yayılan müsahibəsi təkcə Azərbaycan xalqına deyil, bütün dünyaya gerçək bir mesaj idi: “Ədalət bərpa olunur. Qarabağ Azərbaycandır!”.

Vaqif BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see223

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see208

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see192

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

27 Oktyabr 2025 20:45see161

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see155

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see152

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see148

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see143

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see140

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see135

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see135

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see134

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see133

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see131

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see130

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

27 Oktyabr 2025 20:22see129

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see128

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see126

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see125

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri