Icma.az
close
up
RU
İnformasiya savaşında sarsılmaz mövqe və ideoloji hazırlıq...

İnformasiya savaşında sarsılmaz mövqe və ideoloji hazırlıq...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Süni intellektin tətbiqi qlobal rəqabət mühitində önəmli rol oynayacaq 

Azərbaycanda bütün sahələrdə olduğu kimi informasiya texnologiyaları sektorunda da dinamik inkişaf müşahidə olunur. Təsadüfi deyil ki, Azərbaycan Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul edən ilk dövlətdir. Belə ki, Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” respublikamızda İKT sahəsində yeni bir mərhələnin əsasını qoyub. İnnovasiyalara əsaslanan İKT sektorunun inkişaf etdirilməsi ilə bağlı strategiya Azərbaycanı müasir ölkəyə çevirməyi qarşıya hədəf qoyan Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir.

İnformasiya təhlükəsizliyi təmin olunur

Respublikamızda informasiya-kommunikasiya texnologiyalarının inkişafına dövlət qayğısı çoxşaxəlidir. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənən Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-ci illəri əhatə edən dövlət proqramları ölkəmizdə İKT sektorunun inkişafına güclü hüquqi baza yaradıb. İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi və s. sənədlər  dövlətin bu sahədə siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir.

Təbii ki, bütün bunların fonunda informasiya təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzindədir. Çünki informasiya təhlükəsizliyi müasir dövrün ən mühüm məsələləri sırasında yer alır. Ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunmasının qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar, sərəncamlar qəbul edilib. Bu sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, qanunvericilik, maddi-texniki əsasların yaradılması üzrə iş aparılır.

Bu baxımdan, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” vacib bir sənəddir. 31 səhifədən və 8 bölmədən ibarət olan sənəd hər bölməsində ciddi məqamları vurğulayır, qlobal trendləri, mövcud vəziyyətin təhlilini, hədəf göstəriciləri, məqsədləri, prioritet istiqamətləri, təhdidlərin müəyyənləşdirilməsi və risklərin idarə edilməsini, maliyyələşdirmə mexanizmlərini bölmələrdə göstərir.

Süni intellekt cəmiyyət həyatının tərkib hissəsinə çevrilir

Göründüyü kimi, informasiya texnologiyaları, rəqəmsal inkişaf cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilib. Yeri gəlmişkən, Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu da qeyd olunan məsələlərin müzakirəsi baxımından önəmli tədbir oldu. Məlumdur ki,  Prezident İlham Əliyevin uzaqgörən və praqmatik liderliyi sayəsində ölkəmiz informasiya və rəqəmsal texnologiyalar istiqamətində də beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrilib. Məhz dövlət başçısının iradəsi və siyasi qətiyyəti nəticəsində son illər informasiya təhlükəsizliyinin təmin olunması və rəqəmsal inkişafın qorunması istiqamətində mühüm islahatlar həyata keçirilib.

Qlobal çağırışlara cavab olaraq Azərbaycanın informasiya məkanını süni intellekt və rəqəmsal texnologiyaların yeni imkanları ilə təchiz etməsi, bu sahədə strateji baxış ortaya qoyması birbaşa Prezident İlham Əliyevin ölkəmizin gələcəyinə hesablanmış inkişaf kursunun tərkib hissəsidir. Yeri gəlmişkən, dövlət başçısı bu ilin mart ayında  “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nı təsdiqləyib. Sənəd ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədi daşıyır. Sənəddə qeyd olunur ki, digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da süni intellekt texnologiyaları ölkəmizin iqtisadi və sosial inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Odur ki, bu sahədə sistemli yanaşmaya ehtiyac var. Süni intellektin dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirəcəyi, eləcə də bununla bağlı yaranacaq çağırışlar və təhdidlər nəzərə alınaraq, süni intellekt üzrə milli strategiyanın hazırlanması zərurəti yaranıb.

Bu məqsədlə hazırlanmış strategiya ilk növbədə, ölkədə süni intellekt üzrə mövcud vəziyyəti təhlil edir, daha sonra əldə olunan nəticələrə uyğun olaraq və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir. 2025-2028-ci illər ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində ilkin mərhələdə süni intellekt üzrə idarəetmənin təkmilləşdirilməsi, süni intellekt siyasətinin formalaşdırılması, məsul dövlət orqanlarının  müəyyən edilməsi və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə, süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni təmin etmək üçün normativ hüquqi baza hazırlanacaq, insan hüquqlarına və məlumatların məxfiliyinə xüsusi diqqət yetiriləcək.

Prezident: Mənim qəbul etdiyim qərarlar yalnız inkişaf və müasirləşmə gündəliyinə əsaslanır

III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev süni intellekt mövzusu ilə bağlı verilən suala cavabında özünün qəbul etdiyi qərarların yalnız inkişaf və müasirləşmə gündəliyinə əsaslandığını bildirib. “Süni intellektlə bağlı nə baş verəcəyini söyləmək mənim üçün çətindir. Çünki bilirsiniz, müxtəlif cəmiyyətlərin fərqli təbəqələrində buna güclü və artan müqavimət var. Bu proses hələ yeni başlayıb, görərik. Mənim üçün indi “nəyə nail olacağıq, nəyə yox” söyləmək düzgün olmazdı. Biz yalnız müəyyən nailiyyətlərimiz olduqda bildiririk”,- deyə dövlət başçısı vurğulayıb.

Beləliklə, sözügedən forum informasiya texnologiyaları və süni intellektin tətbiqi kimi mühüm məsələlərin müzakirəsi baxımından beynəlxalq ekspertlər üçün əvəzsiz bir platforma oldu. Burada aparılan diskussiyalar, qarşılıqlı fikir mübadilələri və tövsiyələr Azərbaycanın bu sahədə mövqeyini daha da möhkəmləndirə, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirə bilər. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, müasir dövlətin gücü təkcə onun iqtisadi və hərbi potensialı ilə deyil, informasiya savaşlarındakı mövqeyi və ideoloji hazırlığı ilə də ölçülür. Bu baxımdan, III Şuşa Qlobal Media Forumunda aparılan müzakirələr informasiya təhlükəsizliyi və rəqəmsal inkişaf üçün kifayət qədər faydalı oldu.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 İyul 2025 07:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see179

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see175

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see148

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see146

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see145

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see137

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see137

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see136

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see131

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see131

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see130

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see129

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see127

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see127

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see126

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see125

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see121

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see118

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see118

Əl Əhli Fransa millisinin hücumçusunu transfer etdi 25 milyon avroya

07 Sentyabr 2025 09:15see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri