İngilis rəssam səsləri təsvirə çevirir
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniyalı rəssam Ceyk Endryu üçün musiqinin təkcə səsi deyil, eyni zamanda rəngi, forması və toxuması var.
Kulis.az xəbər verir ki, nadir neyroloji vəziyyət olan sinesteziyadan (səsə bağlı rəng sinesteziyası) əziyyət çəkən sənətçi eşitdiyi hər bir səsi vizual təsvirə çevirərək rəsmlərində nümayiş etdirir.
Onun üçün violonçelin səsi kənarlarından toz zərrəcikləri saçan tünd formalar, yoldan keçən motosiklet tünd bənövşəyi, Mi minor tonallığı isə fırlanan tünd mavi hərəkətlər kimi görünür.
Sentyabr ayında Londondakı "Handbag Factory" məkanında canlı performans təqdim edən Endryu pianoçuların improvizasiyaları fonunda musiqini eyni anda kətana köçürüb.
Rəssam gündəlik həyatında bəzən fikrini yayındırsa da, bu qeyri-adi vəziyyəti həyatının ayrılmaz parçası və bənzərsiz ilham mənbəyi kimi dəyərləndirir.
Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların siyahısı dəyişdi Məşhur reper yeni mahnısını anasına həsr etdi Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri
Baxış sayı:105
Bu xəbər 02 Oktyabr 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















