İngiltərə kilsənin sirrini həll etmək üçün ictimaiyyətdən kömək istədi
Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərənin Həmpsir qraflığındakı "St Mary's" kilsəsinin döşəməsində yerləşən 1500 keramika kafeldən ibarət 19-cu əsrə aid labirint vitraj pəncərələrdən süzülən günəş şüalarının mərkəzə doğru oxşar naxışlar formalaşdırması ilə yenidən gündəmə gəlib.
Kulis.az xəbər verir ki, kilsənin mühafizəsinə cavabdeh olan təşkilat bu hadisənin təsadüfi memarlıq effekti, yoxsa şüurlu şəkildə hazırlanmış astronomik-təqvim mexanizmi olduğunu müəyyənləşdirmək üçün ictimaiyyətdən kömək istəyib.
Fransadakı məşhur Şartr kafedralının orta əsr labirintindən ilhamlanaraq hazırlanan 11 halqalı bu quruluşun xristianlıq ənənəsində mənəvi həcc ziyarətini və duanı təmsil etdiyi bildirilir.
Lakin günəş şüalarının məhz labirintin mərkəzini nişan alması səbəbindən mütəxəssislər "Da Vinçi şifrəsi" filmini xatırladan bu sirri həll etmək üçün günün müxtəlif saatlarında işıq düşmə bucaqlarını müşahidə etməyə çağırış ediblər.
Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı “Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri "Emmi 2026"nın qalibləri açıqlandı
Baxış sayı:124
Bu xəbər 13 Oktyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















