İngiltərə millisinin kapitanının heykəli hazırlanıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərə millisinin kapitanı Harri Keynin heykəli hazırlanıb.
Bir neçə il əvvəl sifariş verilən sənət əsəri tamamlanaraq ictimaiyyətə təqdim edilib.
Şimali Londondakı Uoltham Forest bələdiyyəsi 2019-2020-ci illərdə heykəlin hazırlanması üçün 7,200 funt-sterlinq xərcləsə də, yerli qanunvericiliyə görə ona daimi yer tapılmayıb. Ölkənin ən çox qol vuran futbolçusunun skamyada, dizinin üstündə topla oturan vəziyyətdə təsvir olunmuş heykəli hazırda Londondakı Uoltamstoudakı "Peter May” İdman Mərkəzində yerləşdirilib.
Açılış mərsimi üçün əsərin yerləşdiyi əraziyə baş çəkən 31 yaşlı hücumçu sosial şəbəkə hesabında onunla birlikdə şəklini paylaşıb və bunun qürurverici an olduğunu yazıb.
Qeyd edək ki, H.Keyn Millətlər Liqasının V turunda İrlandiyanı 5:0 hesabı ilə məğlub etdikləri görüşün 53-cü dəqiqəsində penaltidən fərqlənib.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 18 Noyabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















