İngiltərə yığması Xorvatiya millisini darmadağın edib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
İngiltərə millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə Xorvatiya yığmasını 7:0 hesabı ilə məğlub edib.
APA xəbər verir ki, Riyekada keçirilən qarşılaşmada Harri Keyn 8-ci və 53-cü, Cud Bellinqem 21-ci, Entoni Qordon 39-cu, Bukayo Saka 45-ci və 68-ci, Morqan Rocers isə 87-ci dəqiqədə fərqlənib.
İngiltərə Xorvatiya millisinin səfər oyununda qapısına beş və daha çox qol vuran ilk komanda olub. İngilislər buna qədər Xorvatiyanı səfərdə yalnız bir dəfə – 2008-ci ilin sentyabrında 2010-cu il dünya çempionatının seçmə mərhələsində məğlub etmişdilər. Həmin qarşılaşma 4:1 hesabı ilə başa çatmışdı.
Bu, Xorvatiya millisinin tarixində ən böyükhesablı məğlubiyyət olub. Komanda bundan əvvəl 2018-ci ilin sentyabrında Millətlər Liqasının qrup mərhələsində İspaniyaya səfərdə 0:6 hesabı ilə uduzmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 03 Oktyabr 2026 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















