Icma.az
close
up
RU
İngiltərədə 74 mərtəbəli göydələn tikilir

İngiltərədə 74 mərtəbəli göydələn tikilir

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İngiltərənin paytaxtı London şəhərindəki gözoxşayan bir məkanda 74 mərtəbəli göydələn tikiləcək.
Reyting.az
xəbər verir ki, "1 Undershaft" adlanan bu yeni qüllənin Qərbi Avropanın ən hündür binası hesab edilən "The Shard" qədər hündür olacağı deyilir.
"Financial Times" nəşri yazır ki, artıq London şəhər rəhbərliyi Böyük Britaniyanın, eləcə də Qərbi Avropanın ən hündür göydələni sayılan "The Shard" ilə rəqabət aparacaq 74 mərtəbəli, ofis üçün nəzərdə tutulmuş və İngiltərədə ilk hündür qüllə olacaq bu binanın tikintisinə icazə verib.
"1 Undershaft" adlanan ingilis göydələni, "Lloyd's of London" adlı sığorta şirkətinin rəhbəri Brüs Karneqi-Braunun səs-küylü müdaxiləsindən, həmçinin göydələnin tikinti işlərinə başlayan qonşularına sərt şəkildə ünvanladığı ittihamlardan sonra işlər ləngiyib. İngiltərədə sığorta nəhəngi kimi tanınan Brüs Karneqi-Braunun qəfil açıqlaması, "Onlar tezliklə bu göydələnlə Sent Helens Meydanını ələ keçirəndən az sonra şəhərin toplanmaq üçün çox vacib olduğu geniş bir məkanı tamamilə qarət edəcəklər",- söyləməsi tikintinin işlərində fasiləyə səbəb olub.
Yeni göydələn layihəsinin əsas investoru "Aroland Holdings", eləcə də "Developer Stanhope" qüllədə dəyişiklik ediblər və yer sahəsinin çox hissəsini qorumaq üçün birinci mərtəbənin ölçüsünü azaldıblar.
İş icraçıları bildiriblər ki, onların bina ilə bağlı planına görə, göydələn təxminən 2030-cu ildə tamamlanacaq. Yeni "1 Undershaft" binası, Temza çayının əks sahilində yerləşən və 2012-ci ildən bəri Böyük Britaniyanın ən hündür göydələni olan "The Shard" binasının hündürlüyünə uyğun, tam 309,6 metr olacaq.
Layihədə göstərildiyi kimi, binanın 11-ci mərtəbəsində yaşıl sahə, həmçinin yuxarı səviyyədə müşahidə göyərtəsi və London muzeyi ilə birgə həyata keçiriləcək uşaq təhsil mərkəzi qurulması nəzərdə tutulur.
"Aroland Holdings" şirkətinin böyük, əsas səhmdarı olan sinqapurlu milyarder Kuok Khun Qonq bir iş adamı kimi həm də dünyanın ən böyük palma plantasiyaları sahiblərindəndir. Sinqapurlu milyarder və məşhur iş adamı həm də dünyanın ən böyük şirkətlərindən biri sayılan "Wilmar International" qida şirkətinin baş icraçı direktorudur.
Oqtay QORÇU

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri