Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Hamısı yalan ifadə veribmiş Oğulun anasını öldürülməsinin təfərrüatı KONKRET

Hamısı yalan ifadə veribmiş Oğulun anasını öldürülməsinin təfərrüatı KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeronda anası Gülbəs Həsənovanı yandıraraq öldürən 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənlinin məhkəmə prosesi başa çatıb.

KONKRET.az bildirir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən A.Həsənli 17 il 6 ay müddətinə azadlqıdan məhrum edilib.

İttiham aktına görə, anası 21 yaşlı gəncə Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində gecələr evə gəlməməsini, heç bir işlə məşğul olmamasını, avara həyat tərzi keçirməsini irad bildirib. Abdurrəhman isə valideyninin bu iradına cavab olaraq, həm anasını, həm də evi yandıracağını bildirib.

Bundan sonra Abdurrəhman həyətdən benzin götürərək yanacaq məhsulunu evin döşəmə və divarlarına, eyni zamanda qadının üzərinə töküb. Alqışqanla hadisəni törədən gənc, daha sonra atası ilə birlikdə anasını söndürməyə çalışıb. Oğulun cinayət əməli nəticəsində qadının bədən səthinin 60-65 faizi yanıb. Gülbəs Həsənova yerləşdirildiyi xəstəxanada bir neçə gün sonra dünyasını dəyişib.

Gülbəs Həsənova sağlığında ifadəsində əvvəlcə yanğının ehtiyatsızlıq nəticəsində baş verdiyini deyib. Onun polisə bu cür ifadə verməsini əri Vüqarla oğlu Abdurrəhman istəyib. Qadın daha sonra ifadəsini dəyişib, hadisənin oğlu tərəfindən törədildiyini söyləyib. Maraqlıdır ki, Gülbəsin əri Vüqar da müstəntiqə ifadəsində yanıq xəsarətinin ventilyatorda yaranan nasazlıq nəticəsində baş vermiş yanğın zamanı qeydə alındığını bildirib.

Məhkəmə iclasında mərhumun hüquqi varisi kimi çıxış edən qızı da ifadə verib. O bildirib ki, problemlərinin bu həddə çatmasının əsas səbəbi atasının dini inancıdır:

“Evimizdə həmişə din barəsində söz-söhbətlər olub. Atam bizim təhsil almağımıza qarşı olub. Anam isə hər zaman təhsil almağımızı, iş, vəzifə sahibi olmağımızı tələb edirdi. Atam bizdən evdən çölə çıxmamağı, namaz qılmağı, hicab geyinməyi tələb edirdi, hətta məni zorla hicab geyinməyə məcbur edib. Hicab geyinməkdən imtina etdikdə isə atam və qardaşım məni döyərək evdən qovublar. Qardaşım bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Bununla bağlı evlərində dəfələrlə söz-söhbətlər olub. Əslində, Abdurrəhman pis uşaq olmayıb. Qardaşımı hər zaman bizə qarşı dolduran atam olub. O, atamın sözünə əsasən benzini anamın üstünə töküb. Abdurrəhman evi yandırmaq üçün benzini tökəndə atam anamı göstərib “onun da üstünə tök” deyib. Bu sözlərdən sonra qardaşım butulkanın dibində qalan benzini anamın ayaq nahiyələrinə töküb. Bununla bağlı onda sübut qismində səs yazısı da mövcuddur. Ümid edirəm ki, Abdurrəhman bundan sonra həyatı daha çox dərk edər. Hər şeyə baxmayaraq, haqqımızı halal edirik. Onları Allahın ədalətinə buraxırıq, heç bir şikayətimiz yoxdur”.

Qeyd edək ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Abdurrəhman Həsənli özünü təqsirli bilməyərək sərbəst ifadəsində göstərib ki, ev üstündə çox problemlər olub, səs-küy yaranıb və davanı sakitləşdirə bilməyib. O da benzini götürüb və yanğın hadisəsini törədib. Evi yandırmaqda məqsədi söz-söhbətləri bitirmək olub. Heç vaxt anasını yandırmaq kimi bir məqsədi olmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməldə heç bir amansızlıq olmadığını düşdündüyünü bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Oktyabr 2026 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see404

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see324

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see303

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see302

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see299

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see291

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see280

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see277

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see273

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see259

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see255

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see251

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see237

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see216

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see212

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see195

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see185

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see176

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri