İngiltərədə qripə yoluxanların sayı rekord həddə çatdı
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
İngiltərədə qrip infeksiyasının sürətlə yayılması səhiyyə sistemində narahatlıq yaradıb.
Bizim.Media “The Telegraph”a istinadla xəbər verir ki, ilin bu dövrü üçün qrip səbəbindən xəstəxanalara yerləşdirilmə göstəricisi son 15 ildə, müvafiq statistikanın aparılmasına başlanandan bəri ən yüksək səviyyəyə çatıb.
İngiltərənin Milli Səhiyyə Xidmətinin rəhbəri Cim Makki qarşıdakı günlərdə qripə yoluxma hallarının kəskin artacağı barədə xəbərdarlıq edib. O bildirib ki, tibb işçilərindən yenidən tibbi maska taxmaları istənilib.
Londonda keçirilən konfransda çıxış edən Cim Makki hazırda xəstəxanalarda qrip diaqnozu ilə müalicə alan pasiyentlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə daha yüksək olduğunu və vəziyyətin daha da ağırlaşacağının gözlənildiyini bildirib.
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə, hazırda qrip xəstələrinin tutduqları xəstəxana çarpayılarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artıb.
Səhiyyə rəsmiləri bir həftə ərzində xəstəxanalara və intensiv terapiya şöbələrinə yerləşdirilmə hallarının 80 faiz artdığını bildiriblər.
Eyni zamanda, alternativ qayğı xidmətlərinin çatışmazlığı səbəbindən bir çox pasiyentin xəstəxanalardan evə buraxıla bilməməsi təcili tibbi yardım şöbələrinin həddindən artıq yüklənməsi riskini artırır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 27 Noyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















