“Sülh körpüsü”nün iştirakçıları nələri müzakirə ediblər?
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Ermənistanın Dilican şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə “Sülh körpüsü” təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa keçirilib.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş iki ölkənin ictimai təşkilatlarının, mətbuatının, analitik və ekspert dairələrinin təxminən 60 nümayəndəsini bir araya gətirib.
İkigünlük tədbir ərzində iştirakçılar 2025-ci il avqustun 8-i Vaşinqton sammitində təsdiq edilmiş sülh gündəliyini, Ermənistan-Azərbaycan sülh prosesinin gücləndirilməsi və institutlaşdırılması imkanlarını, həmçinin iki cəmiyyət arasında qarşılıqlı inamın möhkəmləndirilməsinə yönəlmiş mümkün tədbirləri nəzərdən keçiriblər.
İştirakçılar davamlı iqtisadi əməkdaşlıq imkanları, Cənubi Qafqazda ticarət və kommunikasiya marşrutlarının formalaşdırılması, humanitar məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Gündəliyə həmçinin gənclərlə iş, təhsil və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması daxil edilib.
“Sülh körpüsü” təşəbbüsünün beşinci dəyirmi masasının iştirakçıları Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə görüşüblər.
Tədbir çərçivəsində həmçinin komissiyalar formatında iş aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 27 Noyabr 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















