İngiltərədə tarixi kəşf: Dinozavr izlərinin olduğu ən böyük ərazi aşkarlandı
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Böyük Britaniyanın Oksfordşir bölgəsində yerləşən karxanada dinozavr izlərinin olduğu və indiyədək ən böyüyü hesab edilən ərazi aşkarlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə BBC nəşrinin dərc etdiyi materialda bəhs edilir.
Məlumata görə, 200-ə yaxın nəhəng ayaq izi 166 milyon il əvvələ aiddir. Bu izlərin iki fərqli dinozavr növünün - "Cetiosaurus" adlı uzunboyunlu sauropod və daha kiçik ölçüdə ətyeyən meqalozavra olduğu ehtimal edilir.
Ən uzun ayaq izi yolu 150 metr təşkil edir, lakin karxananın yalnız bir hissəsi qazıldığı üçün bu yolun daha uzun ola biləcəyi güman olunur.
Birminqem Universitetinin mikropaleontoloqu, professor Kirsti Edqar tapıntını olduqca yüksək qiymətləndirib.
"Bu, miqyas və ayaq izlərinin ölçüsü baxımından indiyə qədər gördüyüm ən heyranedici ərazilərdən biridir", - deyə o bildirib.
"Siz keçmişə qayıda və bu nəhəng canlıların necə buralarda gəzdiyinə dair təsəvvür əldə edə bilərsiniz", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 03 Yanvar 2025 04:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















