İngiltərəli futbolçu: “Qarabağ” elit rəqiblərə qarşı oyunlarda özünü sübut edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 28 yanvar, AZƏRTAC
“Qarabağ” İngiltərədə yaxşı nəticə qazana bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İngiltərənin “Tottenhem” komandasının sabiq futbolçusu, vaxtilə Azərbaycanda “Şamaxı” və “Turan Tovuz” komandalarında çıxış etmiş Natan Oduva UEFA Çempionlar Liqasının liqa mərhələsinin VIII turunda keçiriləcək “Liverpul” - “Qarabağ” oyunu barədə danışarkən deyib.
O, matçın azarkeşlər üçün maraqlı olacağını bildirib: “Hər iki komanda hücumameyilli futbol oynayır və hər iki tərəfin turnirdə mübarizə aparmaq üçün motivasiyası yüksəkdir. Bu baxımdan qarşılaşma maraqlı alınacaq”.
N. Oduva Azərbaycan çempionunun heyətindəki futbolçuları yüksək qiymətləndirib: “Düşünürəm ki, heyətdəki bütün oyunçular yaxşı səviyyədədir və komandaya töhfə verirlər. Heç birini xüsusi fərqləndirmək istəmirəm, amma Leandro Andrade və Kevin Medina ilə yaxından tanışam, onların oyununu yüksək qiymətləndirirəm”.
29 yaşlı yarımmüdafiəçi Ağdam klubunun bu qarşılaşmada sürpriz edə biləcəyini də vurğulayıb: “Oyun çətin olacaq, lakin bu mövsüm “Qarabağ” bir neçə dəfə göstərib ki, elit komandalarla rəqabət apara bilər. Onlar həm evdə, həm də səfərdə böyük komandalar qarşısında nəticə qazanmaq bacarığını nümayiş etdiriblər. İngiltərədə də eyni səviyyədə mübarizə aparacaqlarına inanıram”.
Qeyd edək ki, yanvarın 28-dən 29-na keçən gecə təşkil olunacaq “Liverpul” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Baxış sayı:42
Bu xəbər 28 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















