Icma.az
close
up
RU
İnkişaf etməkdə olan ölkələr üçün maliyyə yardımı barədə razılığa İnanıram Xorvatiyanın Baş naziri

İnkişaf etməkdə olan ölkələr üçün maliyyə yardımı barədə razılığa İnanıram Xorvatiyanın Baş naziri

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnanıram ki, müzakirəçilərimiz inkişaf etməkdə olan ölkələr üçün maliyyə yardımı barədə razılığa gələcəklər.

Milli.Az xəbər verir ki, bunu Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç COP29-da jurnalistlərə bildirib.

"Biz Bakıda olmağımızdan çox məmnunuq. Bu, son 12 ayda mənim ikinci səfərimdir. Əminəm ki, Azərbaycan daha inkişaf etmiş və daha az inkişaf etmiş ölkələr arasında körpü rolunu oynamaqda mühüm əhəmiyyətə malikdir. Onun coğrafi mövqeyi, enerji resursları və ehtiyatları ona dünya xəritəsində önəmli yer təmin edir", - Andrey Plenkoviç vurğulayıb.

O, həmçinin, qeyd edib ki, Xorvatiya 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 29 faizdən 42 faizə artırmağı hədəfləyir.

"Müzakirələr müddətində burada qalacaq müzakirəçilərimizin inkişaf etməkdə olan ölkələrə yardım üçün maliyyə mənbələrinin bərpası barədə razılığa gələcəyinə əminəm.

Qlobal reallıqları və sənaye inkişafında öz prioritetləri olan bütün ölkələrin xüsusi ehtiyaclarını nəzərə almaq vacibdir. Əks halda, uşaqlarımız və nəvələrimiz yaxın onilliklərdə iqlim dəyişikliyi və ekstremal hava hadisələri ilə bağlı çətinliklərlə üzləşə bilərlər", - deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see248

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see242

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see237

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see189

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see150

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see134

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri