Icma.az
close
up
RU
İnkişafın yeganə yolu: Hər şey gələcəyə hesablanmalıdır

İnkişafın yeganə yolu: Hər şey gələcəyə hesablanmalıdır

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində dünən İslandiya seçməsini qəbul edən Azərbaycan millisi 0:2 hesabı ilə məğlub oldu. Noyabrın 16-da cari tsikldə son matçını öz meydanında dünya nəhəngi Fransaya qarşı keçirəcək təmsilçimizdən "xoruzlar"la görüşdə ciddi nəsə ummaq təbii ki, məntiqəuyğun deyil. Bu yazıda azərbaycanlı mütəxəssis Ayxan Abbasovun rəhbərliyi altında mübarizə aparan yığmamızın real performansı və inkişaf yolunda atmalı olduğumuz addımlardan danışacağıq.

Bu dəfə sürpriz olmadı

İslandiya son 10 ildə ciddi şəkildə inkişaf etmiş yığmalardan biridir. Rəqibin heyətinə nəzər salsaq, yetərincə keyfiyyətli, sayılıb-seçilən çempionatlarda mübarizə aparan futbolçulardan qurulduğunu görərik. Əlbəttə, bizim də bu oyunla bağlı öz planlarımız, öz arzularımız var idi. Şübhəsiz, mümkün heç-heçə belə, böyük hədəfləri olmayan təmsilçimiz adına çox yaxşı nəticə sayılacaqdı. Təəssüf ki, əvvəlki ev oyununda Ukrayna ilə 1:1 hesablı heç-heçə edən milli bu dəfə xoş sürprizlə yadda qalmadı. 

Niyə alınmadı?

Azərbaycan yığması bu qarşılaşmaya optimal heyətlə hazırlaşa bilməmişdi. Razılaşaq ki, "Kayzerslautern"in hücumçusu Mahir Emreli ilə yanaşı, iki "Qarabağ"lının - cinah müdafiəçisi Elvin Cəfərquliyev və qapıçı Şahruddin Məhəmmədəliyevin müxtəlif səbəblərdən İslandiya ilə matçı kənardan izləmələri (Şahruddin cəzalı, digərləri zədəlidir) çox ciddi problem sayılırdı. Abbasov belə desək, 3 ən vacib futbolçunun xidmətindən məhrum idi. Rəqibindən bütün komponentlərdə geri qalan təmsilçimizin bu itkilər fonunda onsuz da çox olmayan şansı bir qədər də azalmışdı. 

Ayxan bəyin baş məşqçi postuna gətirilməsindən sonra formalaşan əzmkarlıq İslandiya ilə matçda gözə dəydi. Futbolçular sonadək mübarizə apardılar, final fitinə qədər yenilgi ilə barışmadılar. Komandanın ikinci yarıda daha yaxşı oynadığı da vurğulanmalıdır. Fəqət bu dəfə səviyyə fərqini yalnız əzmkarlıq hesabına sığortalamaq mümkün olmadı. 

Mütəxəssislər belə danışdılar

Oyunla bağlı fikirlərini bölüşmələri üçün iki mütəxəssislə əlaqə saxladıq. 

"Neftçi"nin və Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov: "İslandiya ilə qarşılaşmaya evdə xal qazana biləcəyimiz sonuncu oyun kimi baxılırdı. Real yanaşsaq, Fransanı büdrətmək imkansız kimi görünür. İslandiya Bakıya 3 xal üçün gəlmişdi, bu onlara vacib lazım idi. Bu baxımdan, çətin olacağı bilinirdi. İki fərqli hissə oldu. İlk yarıda milli sanki rəqibindən çəkinirdi. Komanda daha çox müdafiə olunmağı düşünürdü. Qol buraxmamaq üçün arxaya çəkildik və rəqibə ərazi üstünlüyünü ələ almaq imkanı, sözün hər iki mənasında meydan verdik. İslandlar topa nəzarət etməklə bərabər müxtəlif gedişlər sayəsində müdafiəni yarmağın yolunu tapdı. İkinci qolu isə özlərinə xas üslubda, standartdan fərqləndilər. 

İkinci hissədə meydanda sanki başqa milli var idi. Artıq hücuma daha çox qoşulurdular, rəqibə təzyiq göstərir, pressinq edirdilər. Üstünlük biz tərəfdə idi. Baxmayaraq ki, real qol şansı yarada bilmirdilər. Bununla belə, cəhdlər, istək var idi.

Təəssüflər olsun ki, bu oyunda uduzduq. Təsəlli tapdığımız maqamlar oldu. Milliyə yeni oyunçular qazandırıldı. Rüfət Abbasov debüt etdi, qapıda Aydın Bayramov dayandı, Xəyal Əliyev start heyətdə yer aldı. Fransa ilə qarşılaşmanın son oyun olduğunu, heç nəyi həll etmədiyini, rəqibin gücünü nəzərə alsaq belə, döyüşməyi, mübarizəni də yaddan çıxarmamalıyıq. Bundan sonra isə irəli baxmaq, növbəti tsikllər üçün millini inkişaf etdirməyin yollarını fikirləşmək lazımdır".

"Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədov: "Öncəki açıqlamalarımda da bildirmişdim ki, İslandiya yığması çox dinamik, taktiki planda olduqca hazırlıqlı, standart vəziyyətlərdən maksimum şəkildə yararlanmağı bacaran, eləcə də fiziki göstəriciləri ilə seçilən kollektivdir. Rəqibin heyətində top liqalarda çıxış edən, qapalı müdafiəmi yara biləcək oyunçular da az deyil. Dünənki matçda sadalananlara bir daha şahidlik etdik. Zədə səbəbindən komandamızın üç əsas futbolçusunun İslanduyaya qarşı oynamaması təbii ki, bizə əlavə problemlər yaratdı. İlk hissədə sıx müdafiə olunaraq əks-hücumlar qurmağa çalışdıq. Bir-iki fürsətimiz də oldu. Təəssüf ki, yararlana bilmədik. Buraxdığımız qollardan birində rəqib verdiyimiz boşluqdan dərhal istifadə etdisə, o biri qolu standart vəziyyətdən buraxdıq. İkinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Üçüncü zonada pressinq etmək, nəticəni dəyişmək istədik, amma söylədiyim kimi, keyfiyyətli rəqib önündə planlarımızı həyata keçirə bilmədik. Bütün hallarda, uşaqlar əzmkarlıq göstərdilər. Təəssüf ki, xal qazanmaq mümkün olmadı. Çox çətin qrupa düşmüşük. Qarşıda daha güclü Fransa ilə ev oyunumuz var. Yığmamıza uğurlar arzulayıram".

Ümid qeyri-adi ssenariyə və ya möcüzəyədir

Yazının girişində qeyd etdiyimiz kimi, Fransa seçməsi ilə oyundan nəticə ummağa dəyməz. Hə, futbolda hər şey mümkündür. Tutaq ki, oyunun ilk dəqiqələrində "xoruzlar" qırmızı vərəqə ala, bizimkilər say üstünlüyü ilə əzmkarlığı bir araya gətirərək xal qazana bilərlər. Həqiqətlə hesablaşsaq, bu və ya buna bənzər ssenarilər uduzmamaq üçün yeganə çıxış yoludur. Bizə gözləmək, indilik hansısa möcüzənin xəyalları ilə yaşamaq qalır.

Hər şey gələcəyə hesablanmalıdır

Futbolun inkişafı üçün doğru yol tapmaq, çoxillik planlar hazırlamaq vacib şərtdir. Bəlli məsələdir ki, bu idman növündə qısa zaman kəsiyində sıçrayışa nail olmaq müşkül işdir. Doğrudur, yaxşı maliyyə də həlleidici amillərdən biridir, lakin heç sağa-sola pul xərcləmək də bizləri arzulanan çiçəklənməyə qovuşdurmayacaq. İnkişaf arzulayırıqsa, uşaq futbolu ilə bağlı layihələr həyata keçirilməli, məşqlərin və məşqçilərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində samballı işlər görülməli, aşağı yaş qrupları üzrə millilərə xüsusi diqqət ayrılmalıdır. Məlum olduğu kimi, Azərbaycan və Özbəkistan 20 yaşadək futbolçular arasında 2027-ci ildə keçiriləcək dünya çempionatına şərikli ev sahibliyi edəcəklər. Azərbaycan Prezidenti İlham Əliyev dünən Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə bu məqama xüsusi şəkildə toxunub, DÇ-nin bu iki ölkədə təşkilini ortaq tarixi nailiyyət adlandırıb. İndi əsas hədəf qarşıdakı mundiala maksimum şəkildə yaxşı hazırlaşmaq, həmin turnirdə müəyyən uğurla yadda qalmaq olmalıdır. Deməli, ölkənin U-17 və daha aşağı yaş qrupları üzrə yığmalarının lazımi səviyyəyə çatması istiqamətində ciddi işlər görülməli, təlim-məşq toplanışlarının sayı artırılmalıdır. Unutmayaq ki, mərhələli inkişaf yeniyetmə və erkən gənclik dönəmində olan futbolçuların peşəkarlığa doğru atdığı düzgün addımlardan və peşələrinə yanaşmalarından başlayır. Müxtəlif inkişaf modellərini müəyyənləşdirmək və tətbiq etmək isə AFFA-nın missiyasıdır.

Nihat Ağasoy  

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub. 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://fanat.az
archiveBu xəbər 14 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri