Icma.az
close
up
RU
Azərbaycan mətbuatı inkişafın mürəkkəb təkamül yolu

Azərbaycan mətbuatı inkişafın mürəkkəb təkamül yolu

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra həyatın bütün sahələrində olduğu kimi söz və mətbuat azadlığı sahəsində də yeni perspektivlər açıldı. Lakin bu yol o qədər də rəvan olmamış, Azərbaycanın ilk 10 il ərzində keçdiyi mürəkkəb və ziddiyyətli yolun sarsıntıları bu sahədə də öz dərin əksini tapmışdır.

1991-1993-cü illərdə ölkədə hökm sürən qeyri-sabit ictimai-siyasi vəziyyət, silahlı dəstələrə arxalanan müxtəlif siyasi qrupların öz iddialarını həyata keçirtmək üçün qanunsuz cəhdlər göstərməsi, Ermənistanın hərbi təcavüzünün yaratdığı ağır sosial-iqtisadi və psixoloji vəziyyət söz və məlumat azadlığının təmin edilməsinə, bu sahədə dövlət və vətəndaşların mənafelərinin qorunmasına da bir sıra maneələr yaradırdı.
1992-ci il aprelin 16-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovun hərbi senzuranın yaradılması haqqında fərmanı ilə mətbuat üzərində Sovetlər dövründən mövcud olan nəzarət daha da gücləndirildi. Bir il sonra isə Azərbaycan Prezidenti Ə.Elçibəyin 15 aprel 1993-cu il tarixli sərəncamı ilə senzuranın tətbiqi miqyası daha da genişləndirilərək, bütün informasiya yayımını əhatə etdi. Bu tədbirlər söz və mətbuat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. Söz, fikir və məlumat azadlığının təmin olunmasına mane olan amillər sırasında həm də kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının zəifliyi, həm də jurnalistlərin peşə hazırlığı səviyyəsinin və məsuliyyət hissinin dövrün tələblərindən geri qalması kimi faktorları da göstərmək olar.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkənin ictimai-siyasi həyatında sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizliyinin və qanunçuluğun təmin edilməsi, sosial-iqtisadi problemlərin həlli sahəsində ciddi addımların atılması kütləvi informasiya vasitələrinin fəaliyyəti, söz, fikir və məlumat azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı.
Həmin dövrdən etibarən Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı mövcud olan beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Bu hüquqi baza, kütləvi informasiyanın azadlığına təminat verən əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcısı olan bütün kütləvi informasiya vasitələrində dövlət senzurasının aradan götürülməsi prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənirdi. Belə ki, Konstitusiyada fikir, söz və məlumat azadlığına geniş təminat verilmişdir. KİV üzərində senzuranın aradan qaldırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin təşəkkül və inkişafı istiqamətində konkret ictimai və hüquqi xarakterli addımlar yeni mərhələdə tərəqqiyə xidmət edən mühüm tədbirlərdən biri idi.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu.
Beləliklə, ümummilli lider Heydər Əliyevin imzaladığı bu fərman yeni tarixi şəraitdə, vətəndaş cəmiyyəti quruculuğu dövründə söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafı, cəmiyyətin həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyən etdi.
Fərmanda nəzərdə tutulan tədbirlər dövlət orqanları tərəfindən ardıcıl surətdə həyata keçirilirdi. Kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə bütün mətbuat və informasiya vasitələri 1998-ci ilin sonundan əlavə dəyər vergisindən azad olunmuşdu. Yalnız əlavə dəyər vergisi üzrə kütləvi informasiya vasitələrinə verilən illik güzəştin məbləği 7 milyard manat təşkil edirdi. KİV-lərə şamil olunan illik güzəştlərin məbləği onların ödədikləri vergilərin məbləğindən iki dəfədən də artıq idi. Milli Məclis tərəfindən qəbul olunmuş yeni Vergi Məcəlləsində kütləvi informasiya vasitələrinin fəaliyyətini stimullaşdırmaq, onların maliyyə vəziyyətini yaxşılaşdırmaq, maddi-texniki bazasını möhkəmləndirmək üçün daha əlverişli şərait yaradılması nəzərdə tutulmuşdu.
Kütləvi informasiya vasitələrinin təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atılırdı. 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanun qəbul edildi. Bu, müasir Azərbaycan reallıqlarını daha dolğun əks etdirən, kütləvi informasiya vasitələri ilə bağlı bütün məsələləri demokratik şəkildə tənzimləyən və beynəlxalq standartlara cavab verən hüquqi sənəd idi. Bu Qanunda dövlətlə KİV-in qarşılıqlı münasibətləri daha dəqiq müəyyənləşdirilir, KİV-in fəaliyyətinin iqtisadi əsasları, vergi, gömrük güzəştləri göstərilirdi.
2000-ci il martın 6-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. Proqramda jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə bağlı problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılması, KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu.
Hazırda Azərbaycanda qabaqcıl dünya stantdartlarına cavab verən, azad, plüralist kütləvi informasiya vasitələri formalaşmaqdadır. Demokratik prinsiplərə söykənən dövlət siyasəti sayəsində mətbuatın, azad sözün inkişafına əngəl törədən maneələr aradan qaldırılmışdır. Qanun və etik normalar çərçivəsində jurnalist təhqiqatlarının aparılması, fikir və faktların açıqlanması, dövlət sirri olmayan məlumatların ictimaiyyətə çatdırılması üçün qeydi-məhdud imkanlar yaradılmışdır.
Göründüyü kimi, Azərbaycanda söz və məlumat azadlığının bərqərar olması prosesi cəmiyyətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçmişdir. Azərbaycan dövləti özünün konstitusiya prinsiplərinə sadiq qalaraq, vətəndaş cəmiyyətinin əsas tərkib hissəsi kimi qiymətləndirdiyi söz və məlumat azadlığının təmin olunması sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə həyata keçirir.
Azərbaycanda mətbuata dövlət qayğısının özünəməxsus nümunəsi yaradılmışdır. Buna misal olaraq prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” adlı sərəncamını, o cümlədən mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün yaşayış evlərinin tikilməsini, 100-dən çox jurnalistin fəxri adlara layiq görülməsini, respublikada Mətbuat Şurasının yaradılmasını göstərmək olar. Milli Mətbuatın 150 illik yubileyinin ölkəmizdə geniş şəkildə keçirilməsi ilə bağlı prezidentin imzaladığı sərəncam buna ən bariz nümunədir.
Bütün bunlar onu göstərir ki, bu gün də Prezident İlham Əliyev respublikamızda söz və mətbuat azadlığının qarantıdır.

İqbal Əmənullayev
YAP Lənkəran rayon təşkilatının sədri, tibb üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 İyul 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri