İnnovasiya və Təhcizat Mərkəzindən daha bir milyonluq tender: Kamil Quliyevlə müqavilə bağlandı
Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səhiyyə Nazirliyinin balansında olan İnnovasiya və Təhcizat Mərkəzi yeni ildə daha bir milyonluq tenderə imza atıb. Tribunainfo.az xəbər verir ki, Publik Hüquqi şəxs olan sözügedən qurum bu dəfə avadlıq və ləvazimatların satın alınmasını həyata keçirəcək.
Belə ki, sözügedən qurum Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlərlə bağlı xərclər çərçivəsində tibbi təyinatlı avadanlıq və ləvazimatların satın alınmasına 2.051.017 manat pul xərcləyəcək.
Bununla əlaqədar “VİTTA ELMİ-TEXNİKİ” MMC ilə satınalma müqaviləsi imzalanıb.
“VITTA elmi-texniki” şirkəti 1991-ci ilin may ayında təsis edilib və Azərbaycanda ixtisaslaşmış informasiya sistemlərinin, telekommunikasiya, kompüter və tibbi avadanlıqların layihələndirilməsi və istehsalı məqsədilə yaradılmış ilk peşəkar şirkət hesab olunur. Şirkətin rəhbəri isə Kamil Quliyevdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 03 Fevral 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















