Icma.az
close
up
RU
İnsan bütün sonların naşısıdır Orxan Həsəni

İnsan bütün sonların naşısıdır Orxan Həsəni

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Orxan Həsəninin "Fincanın söylədikləri" essesini təqdim edir.

Keçən həftə sonunu xəstəliklə keçirdim. Evdən çıxmadım və qripin məni yavaş-yavaş ələ keçirməsinə izin verdim. Kişilərin qolunu kəssən, "uf" deməz, amma qripə yoluxanda elə bilirlər, indicə öləcəklər; baş ağrısı, sümüklərin sızıltısı, qızdırma, iştahasızlıq, – bir sözlə, həngamə...
İvan İliç çarpayısında "məşum axır"ın yaxınlaşmasını gözlədiyi kimi, kişilər də belə vəziyyətdə özünü ən ağır nəticələrə hazırlamağa çalışırlar.
Nəhayət, səhər işə gəldim və gözüm masamın üstündəki fincana sataşdı. Bu fincan haqqında heç vaxt düşünməmişdim; harada, kimdən, necə aldığımı xatırlamırdım.

Üç ildən çoxdur mənimləydi, həyatıma xəbərsiz daxil olmuşdu, xəbərsiz yaşamışdı, bu məsafədə həyatıma çoxlu fincanlar girmişdi, bəziləri sınmışdı, bəzilərini bağışlamışdım, onunsa, heç nəyi əksilməmişdi, dipdiri qalmışdı.
Demək, xatırlamaq üçün çox əvvələ getməliydim.
Buna gücüm yoxdu.
Mətbəxə yollandım. Qrip əleyhinə tozu fincana töküb, üstünə qaynar su əlavə edəndə üç il əvvəlin yayını xatırlamağa çalışdım.
Bəlkə də, bu sirrin açarı üç il əvvəldəydi.
Alınmadı.
Fincana o qədər öyrəşmişdim ki, “əhvalatının” necə, harada başladığını anışdıra bilmirdim.
Elə mətbəxdəcə fincandakı qarışıqdan ilk qurtumu içdim. Partlayışdan gicəllənən balıqlar suyun üzünə çıxan kimi birdən xatirələr üzə çıxdı.
İnsan şəxsiyyəti budur; rastımıza çıxan adamlardan qalanlar...
Xatırladım və tibbi maskanın arxasında gizlədiyim üzümə təbəssüm yayıldı.
O qız!
Onun nə deməyinin heç bir əhəmiyyəti yox idi, eləcə jest və mimikaları xoşuma gəlirdi. Danışanda əllərini tez-tez oynadırdı. Dediyi sözlərin şəklini çəkmək istəyirdi.

Dərin və üzdə olan onda məharətlə birləşirdi. Bəlkə də, bu mənasız səbəblərə görə bilərəkdən, ya bilməyərəkdən onun həyatımın bir hissəsi olmasına asanlıqla icazə vermişdim.
Münasibətlərin mahiyyəti bundan ibarətdir, kimsə hansısa cəhətinə görə xoşumuza gəlir və həyatımızın bir hissəsi olmasına icazə veririk. Sonra o qopur, amma həmin hissə hələ də sənindir, səndədir.
Buna görə münasibətlər heç vaxt bitmir.
Üç il öncə qışdan sağlam çıxıb, yazda qrip olmuşdum. Ümidsizlik məni tamamiylə ələ keçirmişdi. Bu çətin vəziyyətdə köməyimə çatıb, mənə təskinlik vermiş, müalicəmə kömək eləmişdi. Tezliklə sağalmışdım. Sonra görüşməyə başlamışdıq. Hardasa üç-dörd ay. Restoranlar, kofeşoplar, konsertlər, parklar, küçələr bizim idi.
Onda inam vardı. Elə bilirdi, hər şeyin öhdəsindən özü gələcək, düz bilirdi. Həyatının mütləq ixtiyarı öz əllərindədir, elə idi. Buna inanırdı, bunu reallaşdırmaq üçün nəfəs dərmədən mübarizə aparırdı.
Elə bu fincanı da öz əlləriylə düzəltmişdi.
Əsasən, cavanlar arasında populyar bir emalatxana var, məbləğ qarşılığında gildən ürəyin istəyən formada hazırladığın qab-qacaqları, fincanları bişirib sənə verirlər. Gələcəkdə belə bir emalatxana açmaq fikri vardı. Bir-iki dəfə demişdi, gedək, həvəsim olmamışdı. Sonra özü tək getmişdi.
O, təhsilini davam etdirmək üçün Avropaya yollanmazdan öncə son dəfə görüşmüşdük və bu fincanı mənə bağışlamışdı.
Fincana baxıram. Səthi nahamardır, bəzi hissələri kələ-kötür, sürreal bir havası var.
Xarakteri də belə idi. Dəyişkən. Əhvalı sürətlə dəyişirdi. Bir anda dünyanın xoşbəxti ola, bir anda ürəyinə qara çökə bilərdi. Buna öyrəşmək çətindi. Təkcə mənimçün yox, elə özü üçün də.
Fincanın bu nahamar, kələ-kötür hissələrini saymazyana uydurulmuş yalan kimi nazik barmaqlarıyla düzəltdiyini təsəvvür edirəm. Fincan toxunuşları bədəninə həkk edib və sıxıb.

Demək, barmaqları hələ də fincanın üstündədir və fincanın üstündəki barmaq izləriylə hələ də mənə toxunur.
Yəqin, bundan daha gözəl vida hədiyyəsi ola bilməzdi. Heç vaxt vida etməməyi ifadə eləyən vida hədiyyəsi.
Fincanın həcmi balacadır. Yediyim şirniyyatların yarısında çay qurtarır. İkincini doldurmaq üçün mətbəxə tələsirəm, sonra iş üstə iş gəlir, həvəsim ölür.

Günün sonunda masamın üstündəki yarım dişlənmiş şirniyyatları zibil qabına atıram. Fincan öz balacalığı ilə ətrafındakı hər şeyi yarımçıq eləyir.
Elə bu münasibətdə də yarımçıqlıq vardı. Heç vaxt adı qoyulmadı. Heç vaxt rola girmədik. Həmin an hər şey qaydasındaydı, elədirsə, vəssalam!

İkimiz də məsələni mürəkkəbləşdirmək istəmirdik. İkimiz də bu münasibətdə fasilədəydik. Həyatın, gündəlik işlərin yükündən xilas olub dincəlmək üçün görüşürdük.

O, xaricə yollanacağını bilirdi, nəyəsə ümid etmirdi, mən isə sadəcə nəyəsə ümid etməyin yükünü daşımamaq üçün nəyəsə ümid etmirdim. Bu gizli razılaşmadan məmnunduq.
Masamın üstündə bu fincanı görən iş yoldaşlarım tez-tez deyir:
- Nə eybəcərdir! Gördüyüm ən eybəcər fincandır.
Ona baxıram. Kələ-kötürün mənasını anlamayanlar üçün, doğrudan da, eybəcərdir. Amma gözəl olmaq üçün cəhd edir; üstünə güllər səpələnib, ortası sarı, ləçəkləri mavi güllər.
Gözəl olmağa cəhd. Bu, bəlkə də, bizdə gözəllikdən daha dərin bir duyğu oyadır.
Xəstəliklə iş gününü yarılayıram və marketə yollanıram. Havaya çıxınca yavaş-yavaş özümə gəldiyimi hiss edirəm. Ancaq qripə etibar yoxdur. Yaxşıca bürünmüşəm. İndi xəstəliklər belədir, tez tutub, tez buraxır. Daha köməyə ehtiyacım yoxdur, özüm özümü sağaltmağı bilirəm.
Marketdə nahar üçün bir-iki şey alıram, alıb səbətə yığıram. Qayıdanda gözümə yanaşı düzülmüş, üstünə şəkillər həkk olunmuş fincanlar sataşır; geniş, hamar, gözəl. Birini götürüb o tərəf-bu tərəfinə baxıram, üstündə balaca bir it var, it qucağında qırmızı ürək tutub. Ona diqqətlə baxıb, səbətə qoyuram.
Bilirəm, o münasibəti sonu kələ-kötür olduğu kimi bu yazının da sonu kələ-kötürdür.

İnsan bütün sonların naşısıdır.

Tanınmış yazıçının oğlu vəfat etdi Volterin mumiyalanmış ürəyi - 250 illik sirr açıldı Bir cümlə ilə taleyi “müəyyənləşdirilən” qadınlar
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see346

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see232

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see222

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see219

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see216

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see214

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see204

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see204

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see203

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see203

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see200

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see181

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see178

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see177

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see174

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see173

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see173

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see172

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see171

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri