Icma.az
close
up
RU
Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! Orxan Həsəni

Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! Orxan Həsəni

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Orxan Həsəninin "Ədəbiyyatımızın ən parlaq nəsli" yazısını təqdim edir.
Bu gün Vüqar Vanın yeni hekayəsi – “Qaraltı” dərc olundu. Bu hekayə incə hisslərin üstündə oxunan zərif bir nəğmədir. Sadə, sakit, gözəl. Təhlükə qarşısında balasına sığınan ana. Çarəsizliyin sənətkarcasına ifadəsi. Tək-tük müəlliflər var ki, yaxşı oxucular onların mətnlərində təkcə yazılanları yox, yazılmayanları da oxumağa müyəssər olur. Hekayə təkcə yazılanda deyil, həm də yazılmayanda, deyilməyəndə, aşkarda olmayandadır. Yazılmayana, deyilməyənə, aşkarda olmayana sən özün gedib çıxmalı, bu zövqlü oyunun bir parçası olmalısan. Ora gedib çıxandan sonra müəllifin zövqü, mövzuya yanaşması, dünyagörüşü, hətta sevdiyi müəllifləri də bircə hekayəsindən aşkara çıxara bilirsən.
Söhbət təkcə Vüqar Vandan getmir. “İki min iyirmincilər” nəslinin əksər müəlliflərində bu ustalıq səviyyəsi, gənc olmaqlarına baxmayaraq, aşkar görünür və onları əvvəlki ədəbi nəsillərdən kəskin fərqləndirir.
Bu ədəbi nəsil haqqında, bəlkə də, birinci dəfədir danışılır.
Ümumiyyətlə, ədəbi nəsil nədir?
Ədəbi nəsil eyni tarixi dövrdə formalaşmış, oxşar dünyagörüşü, estetik prinsipləri və həyat təcrübəsi olan yazıçı və şairlərin qrupudur.
Şübhəsiz ki, ədəbiyyatı yaradan fərddir. Bədii mətn haqqında danışanda fərdin məhsulu haqqında danışırıq. Həm dünya ədəbiyyatında, həm də milli ədəbiyyatımızda bir çox müəllif özünün ədəbi nəsildən kənarda – fərdi dəyərləndirilməsinin tərəfdarıdır.
Başadüşüləndir.
Ancaq ədəbiyyat tarixini ədəbi nəsillər bölgüsündə analiz etmək ənənəsi bizim ədəbi tənqid üçün xarakterikdir. Bu ənənənin əsasını “Altmışıncılar” ədəbi nəsli qoyub.
Stalinin ölümündən sonra gələn “Xruşşov yumşalması” Sovet hökumətinin hakim olduğu bütün ölkələrdə mədəni çalxalanmalar yaratmışdı. Stalin dövrünün sərt senzurasından, qorxu və repressiya atmosferindən sonra nisbi azadlıq, fikir rahatlığı və yenilənmə dövrü idi. Sənətkarlar daha real mövzulara üz tutur, insanın daxili dünyası, sosial ədalətsizlik kimi temalar ədəbiyyatın və filmlərin mərkəzinə gəlir, teatrlar, kinostudiyalar və jurnallar yenidən fəaliyyətə başlayır və cəmiyyətdə mübahisə və tənqid mədəniyyəti formalaşırdı.
“Xruşşov yumşalması” həm də ədəbi jurnalların canlanmasına səbəb oldu. “Yeni dünya”, “Gənclik” kimi jurnallar gənc yazıçıları dərc edirdilər. Bu jurnallar senzuranın, nisbətən, zəif olduğu, yeni ideyaların dolaşdığı mərkəzlər idi. Ədəbi müzakirələr, oxucu məktubları, ictimai debatlar ədəbiyyatı canlı bir hadisəyə çevirmişdi.
Məsələn, tanınmış şair Aleksandr Tvardovskinin redaktorluğu ilə nəşr edilən “Yeni dünya” jurnalında Aleksandr Soljenitsının Stalinin düşərgə sistemini açıq təsvir edən “İvan Denisoviçin bir günü” əsəri dərc olunmuşdu.
Yumşalma dövrü həmçinin milli ədəbiyyatların inkişafına da təkan vermişdi. Azərbaycanın da daxil olduğu Sovet respublikalarında yazıçılar yerli mövzulara və dil məsələlərinə daha cəsarətlə toxunurdular. “Altmışıncılar” nəsli Azərbaycanda məhz bu ictimai-siyasi zəmində özünü göstərməyə başlamış, parlaq əsərlər yaratmışdılar.
Əlbəttə, “Altmışıncılar”dan sonra gələn ədəbi nəsillər onların kölgəsində qaldı. Bunun müxtəlif səbəbləri var. Ən birinci səbəb odur ki, eyni dövrdə ədəbiyyata gəlmək hələ ədəbi nəsil olmaq demək deyil. Məhz buna görə yetmişlərdə və səksənlərdə müxtəlif ədəbiyyat ulduzları olsa da, altmışlar səviyyəsinə qalxa, onları ötə bilmədilər.
Yaxın günlərdə “Səksənincilər” ədəbi nəsli haqqında kifayət qədər maraqlı polemika oldu. Bu nəsil itkin nəsil idi, yoxsa deyildi? Müxtəlif yazıçılar tərəfindən bu mövzuya münasibətlər gəldi. Ancaq sualın qoyuluşu artıq müəyyən mənada cavab haqqında təəssürat yaradırdı.
“Səksənincilər nəsli itkin nəsildirmi?”.
Xeyr.
Səksənincilər nəsli, ümumiyyətlə, mövcud deyil. Fərdlər var, o fərdlər arasında parlaq imzaların adı çəkilir, ancaq ədəbi nəsil kimi onları birgə qiymətləndirmək mümkün deyildir. Saday Budaqlı, Səfər Alışarlı, Zahid Sarıtorpaq, Nəriman Əbdülrəhmanlı... Bu adları birləşdirən nədir? Onları eyni dövrdə yaşamaqdan, yaradıcılığa eyni zamanda gəlməkdən başqa heç nə birləşdirmir. Əgər onları eyni dövrdə yaşamaqdan, yaradıcılığa eyni zamanda gəlməkdən başqa heç nə birləşdirmirsə, oxşar dünyagörüşü, estetik prinsipləri yoxdursa, hansı ədəbi nəsildən danışmaq olar?
Doxsanıncı illər Azərbaycanda hər şey kimi ədəbiyyat da dekadansda idi və hər hansı ciddi ədəbi proses yox idi.
Bəlkə də, buna görə ömrü min cür faciəylə, məğlubiyyətlə, dolanışıq dərdi ilə keçən doxsanların toplanmış enerjisi ikimininci illərdə, Azad Yazarlar Ocağının ətrafında baş verən proseslərdə özünü göstərdi. Bu prosesdən bir çox istedadlı müəllif yetişdi, meydana çıxdı.
Onlar haqqında əminliklə ədəbi nəsil demək olar.
Rasim Qaraca, Rafiq Tağı, Seymur Baycan, Həmid Herisçi, Murad Köhnəqala, Aqşin Yenisey, Günel Mövlud və digər müəlliflər inzibati resusları əlində saxlayan köhnə nəslə qarşı savaşa başladılar. Müəlliflərin yazıları hər gün oxunurdu, ancaq bu dövrdə ədəbiyyat ictimai-siyasi proseslərin parçası kimi və ya onunla yanaşı addımlayırdı. Bu ədəbiyyatın ictimai-siyasi proseslərə təsirindən çox ictimai-siyasi proseslərin ədəbiyyata təsiri idi, özünün getdiyi müstəqil yol deyildi. Elə buna görə reallıq dəyişəndən sonra Azad Yazarlar Ocağının fəaliyyəti zəiflədi, üzvlərin əksəriyyəti vətəni tərk etdi. Ancaq bununla elə həmin ədəbi nəsildən bir çox dəyərli ədəbiyyat nümunələri qaldı. Təkcə “Quqark” romanının adını çəkmək kifayətdir.
Sönük keçən ikimin onlardan sonra (bu periodda Şərif Ağayarın romanlarını vurğulamaq lazımdır) Azərbaycan ədəbiyyatında yeni, parlaq bir nəsil doğuldu.
İkimin iyirmilər.
Hazırda otuz yaşların ətrafında olan bu nəslin qarşısında dayanan yeganə hədəf Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatı standartlarına qaldırmaqdır. Ədəbi nəsil Azərbaycan ədəbiyyatı tarixinin ən gözəl mətnlərini bu gün yazır. Gənclər qarışqa kimi işləyir və zəhmət öz bəhrəsini beləcə verir. Ədəbiyyatımız heç nə ummadan, dilənmədən, mərd-mərdanə konfliktlərdən, ədəbiyyat ətrafı söhbətlərdən, mübahisələrindən, çayxana qeybətlərindən çıxıb, professionallıq üçün mübarizə aparır.
Özüm də daxil olmaqla, Əli Zərbəli, Ulucay Akif, Orxan Cuvarlı, Naiq Babayev, Orxan Saffari, Vüqar Van, Nadir Yalçın və s. müəlliflər “iki min iyirmincilər” ədəbi nəslinin nümayəndələridir. Bu müəlliflərin yaşları az olsa da, onların mətnlərinə baxanda getdikləri istiqaməti aydın görmək olur. Bu yol işıqlı yoldur.
Yenidən “Altmışıncılar” nəslinə qayıdaq.
Bu ədəbi nəsil dünya ədəbiyyatı ilə yaxından tanış olmaqla yanaşı, milli ədəbiyyatlarına öz münasibətlərini göstərmiş, ədəbi əcdadlarını müəyyən etmişdilər. “Altmışıncılar” Mirzə Cəlili, Haqverdiyevi, Çəminzəminlini öz yeni bədii nümunələrini yaratmaq yolunda olduqca vacib müəlliflər hesab edirdilər. Əlbəttə, ot kökü üstündə bitir.
Bu müəlliflər arasında birinin adını, xüsusiylə, çəkmək lazımdır; Ənvər Məmmədxanlı. Məhz onun poetik nəsri altmışıncı illərdə formalaşan yeni ədəbiyyat üçün mənbə rolunu oynayırdı.
“İki min iyirmincilər” ədəbi nəsli də dünya ədəbiyyatı ilə kifayət qədər tanış olsalar da, milli ədəbiyyatdakı əcdadlarını müəyyən ediblər və həm milli ədəbiyyatdan, həm də dünya ədəbiyyatından qidalanmaqla kifayət qədər maraqlı əsərlər ortaya qoyurlar.
Əli Zərbəlinin “Hər şey dəyişəndə” hekayələr kitabı, Ulucay Akifin “Piterə həmişə qar yağır” və digər hekayələri, Orxan Cuvarlının “Qardaşımın atası” və digər hekayələri, Naiq Babayevin “Kor nöqtə” romanı, Orxan Saffarinin “Hüznsov depressiya” hekayələr kitabı və digər hekayələri, Vüqar Vanın “Haradasa olardı 13-14 yaşım” romanı və hekayələri, Nadir Yalçının “Balıqçılar” və digər hekayələri, həmçinin mənim (red. Orxan Həsəni) “Müharibəni gözləyərkən” romanım və hekayələrim bu nəslin diqqəti cəlb edən, kifayət qədər maraqlı ədəbi nümunələridir.
Oxucu bunun fərqindədir, ya deyil, oxucuya çata bilirlər, ya yox, bunlar inzibati məsələlərdir. Yaxşı bir reklam proqramı ilə məsələni kökündən həll etmək olar. Əsas odur ki, belə bir parlaq nəsil yetişir və usanmadan ədəbiyyat üçün çalışırlar.

Unutmaq olmaz ki, qiymətli olan əvvəl-axır o öz qiymətini alacaq.

Erməni hücumunun qarşısını aldı, İslamı siyasiləşdirmək istədi, var-dövlətini Sovetə bağışladı - Nargində güllələnən Bakı milyonçusu kim idi? "Heç bir “izm” istedadsız müəllifin köməyinə çata bilməz..." - Zamanına oxşayan "səksənincilər" Xalq artisti Ramiz Quliyev reanimasiyaya yerləşdirildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see224

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see193

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see147

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri