Icma.az
close
up
RU
“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyi Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda keçirilən forumda təmsil olunub

“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyi Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda keçirilən forumda təmsil olunub

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında" Sərəncamının icrası ilə bağlı hazırlanan Tədbirlər planı çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilib.

Tədbirin açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclis sədrinin birinci  müavini Əli Hüseynli, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, digər rəsmilər, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Forumun “Mədəniyyət beynəlxalq münasibətlər sistemində” adlı panel iclasında spiker-panelçi qismində çıxış edən “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri hüquq elmləri doktoru, professor Əmir Əliyev beynəlxalq hüquqda mədəniyyət anlayışının tarixi formalaşması, mədəni hüquqların təsnifi, həmçinin onların qorunması mexanizmləri, mədəni mülkiyyət və humanitar hüquq kontekstində mədəni irsin mühafizəsi, beynəlxalq konvensiyalarla təsis olunmuş mexanizmlərin hüquqi əsasları barədə nəzəri və mövcud təcrübə barədə danışıb. Qeyd olunub ki, mədəni irsin mühafizəsi üzrə beynəlxalq öhdəliklərin səmərəli icrası dövlətlərin hüquqi və institusional səviyyədə koordinasiyalı fəaliyyətini, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasını, müvafiq qurumların potensialının gücləndirilməsini, həmçinin məlumat mübadiləsi və birgə təşəbbüslər vasitəsilə əməkdaşlığın genişləndirilməsini zəruri edir.
Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan mədəni irsinin məhv edilməsi və saxtalaşdırılması hüquqazidd hərəkətlər olmaqla yanaşı, həm də beynəlxalq cinayətdir. Qərbi Azərbaycan ərazisində və uzun müddət işğal altında olmuş tarixi Azərbaycan torpaqlarında mədəni irsimizə qarşı törədilmiş, insan hüquqlarının pozulması kimi qiymətləndirilən faktlara görə Ermənistan dövləti, eləcə də bu cinayətləri törədənlər beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyırlar.
Panel iclasda çıxış edən digər spikerlər – Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq məhkəmə və arbitraj işləri şöbəsinin müdiri Bədir Bayramov, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri hüquq üzrə fəlsəfə doktoru Əlizadə Məmmədov və iclasın moderatoru - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov beynəlxalq hüquq və mədəniyyət hüququ arasında qarşılıqlı əlaqə, praktik baxımdan mövcud beynəlxalq mexanizmlərin işləmə prinsipləri, beynəlxalq təşkilatların təcrübəsində xüsusi əhəmiyyət kəsb edən 1954-cü il Konvensiyasının təkmilləşdirilməsi prosesi, eləcə də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan–Ermənistan üzrə davam edən məhkəmə çəkişmələri, mədəniyyətin yumşaq güc kimi rolu və ölkəmizin mədəniyyət diplomatiyası ilə bağlı məsələlərə toxunublar.

Redaktor.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Dekabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri