Icma.az
close
up
RU
İnsan kapitalı və aqrar sahənin ekologiyası

İnsan kapitalı və aqrar sahənin ekologiyası

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

29-cu iqlim sessiyası çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, Beynəlxalq Aqrar Tədqiqatlar üzrə Məsləhət Qrupu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşkilatçılığı ilə “AgriFuture 2024: İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına təsiri” mövzunda konfrans təşkil olunub. Tədbirdə dayanıqlı və ədalətli gələcək üçün qadınların, gənclərin və innovasiyaların gücləndirilməsinin iqlim təsirlərinə davamlı kənd təsərrüfatında rolu və iqlim fəaliyyətinə təsiri, iqlimə davamlı aqro-qida sistemləri üçün insan kapitalı: liderlik, elm və icma perspektivləri mövzularında panel müzakirələr keçirilib.

Konfransı açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, kənd təsərrüfatı iqtisadiyyatın dəstəklənməsi, əhalinin məşğulluğunun təmin olunması, ərzaqla təminatda vacib rol oynayır. Hazırda iqlim dəyişikliyi, məhdud resurslar və dəyişən bazar tələbləri aqrar sahəyə hər tərəfdən təzyiq edir. Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı icra edilən tədbirlərin tərkib hissəsi kimi gənc və qadınların potensial imkanlarının düzgün qiymətləndirilməsi, onların məşğulluq səviyyəsinin artırılması, innovativ layihələrdə iştirakının stimullaşdırılması aqrar siyasətin əsas hədəflərindəndir.

Panel sessiyada çıxış edən Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin icraçı direktoru İsmahane Elouafi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin direktoru Kaveh Zahedi iqlim dəyişikliyi, qida təhlükəsizliyi və su qıtlığı kimi qlobal çağırışların həlli istiqamətində qadınların və gənclərin fəal iştirakının vacibliyinə toxunub, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti, rəqəmsal həllərin istehsalın avtomatlaşdırılmasında rolu, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, məhsuldarlığın artırılması yolları ilə bağlı fikirlərini bölüşüblər.

Nazir Məcnun Məmmədov fermerlərin üzləşdikləri çətinliklərin həlli istiqamətində Azərbaycanın kənd təsərrüfatı, ətraf mühit və iqlim məsələlərini özündə ehtiva edən Fermerlər üçün “Bakı Harmoniya İqlim Təşəbbüsü”nün növbəti gündə daha ətraflı müzakirələrə açılacağını diqqətə çatdırıb. Qeyd olunub ki, Harmoniya kənd təsərrüfatında, qida sistemlərində və su idarəçiliyində iqlim dəyişikliyinə uyğunlaşma və davamlı inkişafın təşviqinə yönəlməklə, müxtəlif təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma rolunu oynayacaq, kənd təsərrüfatı sistemlərinin transformasiyasını dəstəkləyəcək. Həmçinin davamlı kənd təsərrüfatını dəstəkləyən investisiyaları səfərbər etməyə imkan verəcək, kənd təsərrüfatının onurğa sütunu və gələcək dayanıqlığın əsas hərəkətverici qüvvəsi olan fermerlərin, xüsusilə qadınların və gənclərin imkanlarının artırılmasına xidmət edəcək.

Çıxışlarda fərdi təsərrüfatlara dəstək, ərzaq təhlükəsizliyinin təmin olunması, iqlim dəyişikliyinin aqrar sahəyə təsiri, rəqəmsal kənd təsərrüfatı, torpaq və su resurslarından səmərəli istifadə, təbii sərvətlərin və ekoloji tarazlığın qorunması, aqro-ərzaq sistemlərinin rəqəmsal transformasiyası, kənd yerlərinin və icmaların davamlı inkişafı üçün dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması mövzularına da toxunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri