Icma.az
close
up
RU
Aqrar sahənin inkişafı ŞƏRH

Aqrar sahənin inkişafı ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafında kənd təsərrüfatı xüsusi əhəmiyyət daşıyır. Bu sahə həm ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində, həm də regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə etdiyi çıxışda da aqrar sektorun inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanmışdır.

Dövlət başçısı çıxışında qeyd etmişdir ki, kənd təsərrüfatının inkişafı üçün son illərdə genişmiqyaslı islahatlar həyata keçirilmiş, fermerlərə və sahibkarlara müxtəlif güzəştlər təqdim olunmuşdur. Kənd təsərrüfatı istehsalçılarının texnika, gübrə və yanacaqla təmin edilməsi, subsidiyaların artırılması və müasir suvarma sistemlərinin qurulması sahənin inkişafına mühüm töhfə vermişdir. Bu tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalında artım müşahidə olunmuş, ölkənin ixrac potensialı genişlənmişdir.

Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr kənd təsərrüfatının inkişafına böyük təkan verir. Aqroparkların yaradılması, meliorasiya və irriqasiya layihələrinin icrası, kənd yollarının yenidən qurulması və kənd yerlərində infrastrukturun yaxşılaşdırılması aqrar sektorun inkişafını sürətləndirən əsas amillərdəndir. Xüsusilə müasir texnologiyaların tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi fermerlərin fəaliyyətini daha səmərəli edir.

Prezident İlham Əliyev çıxışında kənd təsərrüfatının qeyri-neft sektorunun aparıcı sahələrindən biri olduğunu vurğulayaraq qeyd etmişdir ki, ölkənin iqtisadi şaxələndirilməsi siyasətində aqrar sahənin rolu daha da artırılmalıdır. Bu məqsədlə fermerlərin maarifləndirilməsi, yeni texnologiyaların tətbiqi və məhsuldarlığın yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması yeni iş yerlərinin açılmasına və kənd əhalisinin rifahının yüksəlməsinə xidmət edir.

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkədə aqrar sahənin inkişafına verilən böyük önəmi bir daha nümayiş etdirir. Dövlət tərəfindən həyata keçirilən layihələr və dəstək mexanizmləri kənd təsərrüfatının davamlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və regionların sosial-iqtisadi tərəqqisinə mühüm töhfə verir.

Mahir Qurbanov

YAP Kəngərli rayon təşkilatının fəalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 İyun 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri